08 oktyabr 2022 19:27
797

Millimizin qapıçısı zədələnib

Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev zədələnib.

“İki sahil” xəbər verir ki, 28 yaşlı qolkiper Bakıda "Sumqayıt"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur oyununda sıradan çıxıb.

Ayağından xəsarət alan Balayev 75-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və meydan sahibləri hesabda öndədir - 1:0.