Misli Premyer Liqasında IX tur çərçivəsində "Səbail" "Sumqayıt"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, oyun bakılıların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1-0.
Qarşılaşmada yeganə qolu matçın 39-cu dəqiqəsində Turan Manafov vurub.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Misli Premyer Liqası
IX tur
8 oktyabr (şənbə)
17:00. “Səbail” 1–0 “Sumqayıt”
Qol: Turan Manafov, 39
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
“ASCO Arena”