Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Milan"la matçında (3:0) zədələnən "Çelsi"də müdafiəçi Uesli Fofananın son durumu məlum olub.
"İki sahil" "Sky Sports"a istinadən xəbər verir ki, dizindən xəsarət alan 21 yaşlı müdafiəçi azı 6 həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, yayda 80 milyon avro qarşılığında "Lester"dən "Çelsi"yə keçən Fofana bu mövsüm 6 oyunda 1 qol vurub.