07 oktyabr 2022 14:38
438

Futzal millimiz Polşaya qarşı

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.

“İki sahil” xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.

7 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan - Polşa

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı