07 oktyabr 2022 14:23
385

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

“İki sahil” xəbər verir ki, namizədlər "Mançester Yunayted"dən Markuş Reşford, "Monako"dan Vissam Ben-Yedder, "Srvena Zvezda"dan Gelor Kanqa və PSV-dən Kodi Qakpodur.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.