07 oktyabr 2022 13:50
399

Frank Riberi karyerasını bitirir

Fansa millisinin sabiq futbolçusu Frank Riberi karyerasını bitirməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, İtaliyanın “Salernitana” klubunun yarımmüdafiəçisi futboldan getmək fikrinə düşüb.

39 yaşlı ulduz futbolçu A seriyası təmsilçisi ilə müqaviləsini vaxtından əvvəl ləğv etməyi planlaşdırır. Keçən ildən “Salernitana”da çıxış edən Riberi bu mövsüm cəmi 2 oyunda meydana çıxıb.

Qeyd edək ki, Frank Riberi ötən mövsüm A seriyasında 22 oyuna çıxıb, 3 məhsuldar ötürmə verib.