07 oktyabr 2022 12:54
405

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Azərbaycan millisinin Şimali Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünün vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də Skopyedəki “Todor Proeski Milli Arena”da baş tutacaq Şimali Makedoniya - Azərbaycan qarşılaşması yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovda Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.