07 oktyabr 2022 01:36
702

Hamı mənə inansın ki, biz həmişə ədalətli olmağa çalışmışıq - Qurbanov Qurbanov

“Futbolçularımı təbrik edirəm. Hesabın 3:0 olmasına baxmayaraq çox vacib qələbə qazandıq”.

“İki sahil” xəbər verir ki,  bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurbanov Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbəni şərh edib:

“Dünən də demişdim ki, möhtəşəm azarkeşi olan komandaya qarşı oynayacağıq. Biz belə atmosferdə oynamaq xoşdur və bunu hiss etdik. “Olimpiakos”a uğurlar arzu edirəm. Bu qələbə heç nəyi həll etmir. Qarşıda 3 oyun var və bu 9 xal edir. Bakıya qayıdandan sonra səhvlərimizə baxacağıq və Bakıda onları etməməyə çalışacağıq. Çünki rəqibin heyətində ani səhvləri bağışlamayacaq futbolçular var. Vaxtımız çox azdır. Bakıdakı oyuna daha ciddi hazırlaşmağa çalışacağıq”.

- 3-cü qoldan sonra bəzi futbolçularınız rəqib azarkeşlərin yer aldığı tribunaya yaxınlaşıb bəzi əl hərəkətləri etdilər. Buna necə şərh verərsiz?

- Biz elə bir ölkədə yaşayırıq ki, iğtişaş haqqında düşüncəmiz yoxdur. Bəzən futbolçu öz sevincini necə biruzə verdiyini hiss etmir. Hətta bu cür sevinclər bizim öz stadionlarımızda, öz çempioatımızda da olur. “Qarabağ” komandası olaraq özümüzü düzgün idarə etməyə çalışmışıq. Biz bura idman prinsiplərinə əməl etməyə gəlmişik. Bəzən meydanda futbolçuların, məşqçilərin arasında gərginlik olur. Hamı mənə inansın ki, biz həmişə ədalətli olmağa çalışmışıq. Dünəndən azarkeşlər haqqında xoş sözlər deyirəm. Mənim bu sözlərimi futbolçular da eşidirlər. Rəqiblərə, onların azarkeşlərinə hörmətlə yanaşırıq.

- “Olimpiakos” sizi mənfi mənada nə ilə təəccübləndirdi?

- Mənim bu komanda haqqında heç bir mənfi düşüncəm yoxdur. Təxmini gözləyirdim ki, 5 müdafiəçi ilə oynaya bilərlər. Amma heyətə baxandan sonra fikirləşdim ki, 4 müdafiəçidir. Meydana çıxanda isə 5 müdafiəçi ilə çıxış etdilər. Orda bir az çatışmazlıqlar oldu. Get-gedə oyunu ələ ala bildik. Sadəcə bunu oyun başlayana qədər gözləmirdim. Komanda haqqında isə müsbət düşüncələrim var. Rəqib daha artığına layiqdir və potensialı yüksəkdir.