Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Viktoriya"nı (Çexiya) 5:0 hesabı ilə məğlub edən "Bavariya" ardıcıl 31 matçdır məğlub olmur.
“İki sahil” xəbər verir ki, Münhen klubu son dəfə 2017-ci ildə "Real"a uduzub - 1:2.
Ondan sonra isə "Bavariya" 28 dəfə qalib gəlib, 3 oyunda heç-heçə edib.
Qeyd edək ki, "Bavariya" ÇL-in C qrupunda 3 oyuna 9 xalla qrup lideridir.