Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.
"İki sahil" Bundesliqa təmsilçisinin rəsmi Tvitter hesabına istinadən xəbər verir ki, çalışdırıcı bu səbəbdən Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Nant"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına onlayn formatda qoşulub.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Ağdam klubu bu rəqiblə növbəti dəfə noyabrın 3-də Bakıda qarşılaşacaq.