05 oktyabr 2022 14:03
442

Tomaş Vatslik əməliyyat edildi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik əməliyyat olunub.

"İki sahil" Yunanıstan istinadən xəbər verir ki, 33 yaşlı çexiyalı qolkiper ölkəsində çiynindən əməliyyat edilib. Çexiya yığmasının heyətində zədələnən qolkiperin 3 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.