05 oktyabr 2022 13:36
418

"Napoli" İtaliya futbolunda ilkə imza atdı

"Napoli" İtaliya futbolunda ilkə imza atıb.

"İki sahil" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Neapol təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə "Ayaks"a qalib gəlməklə rekord müəyyənləşdirib.

"Napoli" Çempionlar Liqasının səfər matçında 6 qol vuran ilk İtaliya klubu olub. 

Qeyd edək ki, qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanan Luçano Spalettinin komandası 9 xalla qrup lideridir.