26 avqust 2022 18:10
13220

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin əsas dövlətləridir

Azərbaycan ilə Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə,mədəniyyətə,qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar.Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır.Qazaxıstanda yaşayan azərbaycanlılar elm,incəsənət,kənd təsərrüfatı,biznes və digər sahələrdə çalışırlar.Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar.Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.SSRİ dağıldıqdan,postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir.Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında,rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar,xüsusilə də (BMT) Birləşmiş Millətlər Təşkilatıı,İslam Əməkdaşlıq Təşkilatı və (MDB) Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük və qədim tarixi var.Sovet dönəmində Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar.Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın,Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər.Azərbaycan və Qazaxıstan neftçiləri,alimləri,mühəndisləri Xəzər dənizi hövzəsində də birgə əməkdaşlıq ediblər ki,bu ənənə günümüzdə də davam edir.2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N.Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak etmişdir.Mərasim zamanı Qazaxıstanın da qoşulduğu "Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi" imzalanmışdır.

Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə,çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan,Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu.Bu,çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var.Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Fikrimcə,bu da təbiidir,çünki xalqlarımızın tarixi də,ənənələri də,mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir.Bu gün biz nəqliyyat-logistika sahələri haqqında ətraflı danışdıq və hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdik. Çünki ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb.Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki,Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq.Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir.Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik,dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı,həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər.Azərbaycan və Qazaxıstan beynəlxalq aləmdə etibarlı tərəfdaş,səmimi dost,mehriban qonşu kimi nümunəvi münasibətləri ilə örnək imici qazanıblar.Bu nailiyyət keçmiş SSRİ-nin süqutu nəticəsində dövlət müstəqilliyini bərpa edən ölkələrimizin ortaq milli sərvəti sayıla bilər.Ötən 26 ildə həm Azərbaycan,həm də Qazaxıstan həyatın bütün sahələrində böyük və davamlı inkişaf yolu keçib.Qazaxıstanın dövlət müstəqilliyinin 26-cı ildönümü ərəfəsində həm yaxın tarixə,həm də müasir dövrə nəzər salaraq, liderlərin siyasi iradəsinin və səmimi qardaşlıq münasibətlərinin xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsində,ölkələrimizin bir-birinə daha da yaxınlaşmasında oynadığı rolu təhlil etməyə çalışıb.Eyni zamanda,Azərbaycan-Qazaxıstan diplomatik münasibətlərinin qurulmasından 26-il ötür.Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib.Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb.Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti,bütün qazax xalqı haqq-ədalətin yanında olub,ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.Bütün bunlar göstərir ki,etnik,dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

“Altın kıran” ordeni ilə təltif olunan şəxslər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir.Orden fərqləndirici döş nişanı və ulduzdan ibarətdir.Ordenin ucları yuvarlaq,beşguşəli ulduz formasında qızıldan hazırlanıb,uclarında qızıl haşiyəli elementlər var.Mərkəzi hissəsində dörd almaz yerləşdirilib.Eyni zamanda dairədə mavi fon üzərində qızıl qartal təsvir edilib.Aşağıda isə qırmızı lent fonundakı dairədə qızılı hərflərlə “Altın kıran” sözləri yazılıb.Qartalın üstündə həndəsi naxış fonunda çevrə boyu üç yaqut bərkidilib.Ordenin döş nişanında Qazaxıstanın dövlət bayrağının elementləri də yer alıb.1999-cu ildə verilən sərəncamdan sonra ordenin dizaynında müəyyən dəyişiklik edilib.Qazaxıstan Respublikasının “Altın kıran”,“Qızıl qartal” ordeninə layiq görülən yeganə vətəndaşları sabiq prezident Nursultan Nazarbayev və indiki dövlət başçısı Qasım-Jomart Tokayevdir.Bu mükafat onlara qanunla ölkə prezidenti olduqlarına görə verilib.Bu günə qədər sözügedən ordenlə 19 dünya lideri mükafatlandırılıb ki,onların arasında Vladimir Putin,Rəcəb Tayyib Ərdoğan,II Yelizaveta və Səudiyyə Ərəbistanı kralı da var.Bütün dünyada Azərbaycanı tarixi Zəfərə,Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır,ehtiram bəsləyir,hörmət edirlər. Dövlətlərimiz arasında çoxtərəfli,çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq görkəmli dövlət xadiminə “Altın Kıran” ordenini təqdim etmək istərdim.

 Yeni geosiyasi reallıq,Qarabağın dinamik dirçəlişi,nəqliyyat kommunikasiyalarının açılması və yeni iqtisadi imkanlar Azərbaycanın regional lider kimi daha da çiçəklənməsinə və güclənməsinə yol açır.Qarabağ regionunda siyasi-hərbi vəziyyətin yaxşılaşması bütövlükdə Cənubi Qafqazda sabitliyə şərait yaradır.Zəngəzur dəhlizinin yaradılması Qazaxıstan və Azərbaycanla,eləcə də Naxçıvan vasitəsilə Türkiyə və Avropa ilə əlaqələrinin inkişafına stimul verəcək.Bu da öz növbəsində Xəzərin liman infrastrukturunun artan potensialının üzə çıxması Azərbaycan və Qazaxıstan arasında yeni imkanlar yaradacaq.

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
 YAP Xətai rayon təşkilatının fəal üzvü