26 avqust 2022 23:08
914

Uğurlu xarici siyasət

Bu gün Azərbaycanın region və bir çox dünya ölkələri ilə strateji əmkdaşlıq arqumentləri dövlətimizin beynəlxalq arenada artan nüfuzundan və dayanıqlı inkişaf strategiyasından xəbər verir.

Azırbaycanın Beynəlxalq müstəvidə qazandığı uğurlar məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir.

Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa, Asiya və digər region ölkələri ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş,  müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır və bu münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir.

Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.

Bütün əldə olunan bu uğurların əsasını isə ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyası təşkil edir. Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Eyni zamanda Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və öz milli dövlətçilik maraqları çərçivəsində dünya arenasına uğurla inteqrasiya etməkdədir.

Məlum olduğu kimi  avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır  və yeni imzalanan bu sənədlər  Azərbaycan- Qazaxıstan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da  ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan  rolu və nüfuzundan xəbər verir.

Ölkə Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında bildirmişdir:” Biz artıq ikitərəfli münasibətlərimizin geniş gündəliyinə, beynəlxalq problemlərə dair çox ətraflı söhbət etdik və bütün məsələlər barədə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü gördük. Əlbəttə, Sizə təşəkkür etmək istərdim ki, dəvətimizi qəbul etmisiniz və ölkəmizə rəsmi səfər edirsiniz. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.”  Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi bu gün Azərbaycan-Qazaxıstan münasibətləri geniş gündəliyə malik olmaqla yüksələn xətt üzrə uğurla inkişaf etməkdədir.

 Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan  siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri