26 avqust 2022 10:28
376

Qazaxıstanla strateji əməkdaşlığımız tranzit imkanlarımızı artırır

Qazaxıstanla Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir. Azərbaycan Qazaxıstan münasibətlərində otuz il ərzində böyük təməl qoyulub, lakin indiki səfərin vacib olmasının səbəbi ondan ibarətdir ki, həm regionumuz, həm də bütövlükdə Avrasiya çox mühüm proseslərdən keçir. Bu proseslərin açarı keçmiş orta əsr logistik nəqliyyat potensialının bərpasıdır. Tranzit və nəqliyyat gücü qədim türk dövlətlərinin bünövrəsini və digər sivilizasiyalardan üstünlüyünü təşkil edirdi. Hazırda o, bərpa olunur və türk xalqlarını, ilk növbədə Qazaxıstan, Azərbaycan və Türkiyəni birləşdirmək ideyasının əsasını təşkil edir

Azərbaycan xeyli sayda yolları birləşdirən qovşaq kimi çox mühüm logistik rola malikdir. Qazaxıstan da bu logistika zəncirlərində mühüm rollardan birini oynayır.

Karbohidrogenlərin nəqli üçün tranzit imkanlarının, Xəzər regionunun ticarət imkanlarının genişləndirilməsi də böyük rol oynayır. Bütün bu məsələlər Qazaxıstan və Azərbaycan arasında tam qarşılıqlı anlaşmadır.

Bu, təkcə Azərbaycanla Qazaxıstanın münasibətləri deyil, bütün Avrasiyanın potensialıdır. Ona görə də iqtisadi, tranzit-energetika, logistika sahəsindən başqa, Bakıda imzalanan ümumi mədəni irs və humanitar layihələr və sazişlər çox əhəmiyyətli olacaq.

Azərbaycan türk xalqları arasında əməkdaşlıq prosesində, xüsusən də türk irsinin və onun dünya tarixinin inkişafı və öyrənilməsində həmişə əsas lokomotivlərdən biri olub.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı