26 avqust 2022 11:21
566

Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan–Qazaxıstan dövlətləri arasında əlaqələrin yaranmasında və uğurla inkişaf etməsində xalqımızın ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin əvəzsiz xidmətləri olub. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu bu miras, bu gün cənab prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və həm iki ölkə, həm də iki xalq arasında əlaqələr getdikcə geniş vüsət alır.Prezident İlham Əliyev də dəfələrlə öz nitqlərində iki ölkə arasında əlaqələrin zamanın sınağından uğurla çıxdığını, iqtisadiyyatın demək olar ki, bütün sahələrini – energetika, nəqliyyat və humanitar sahələrini əhatə etdiyini vurğulayıb.

Cənab Prezident məhz buna görə də bütün sahələrdə əməkdaşlıq perspektivlərinin müsbət nəticə verəcəyini, bundan sonra da hər iki dövlətin birgə layihələrinin həyata keçiriləcəyinə əminliyini diqqətə çatdırıb. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. 2 ölkə arasında əməkdaşlığın qurulmasından keçən bu günə qədər keçən illər ərzində münasibətlər bütün iqtisadiyyatın bütün sahələri üzrə uğurlu inkişaf yolu keçib.

Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həmçinin digər müxtəlif sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafında əvəzsiz rol oynayayacaq.Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, ətraf mühitin mühafizəsi, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir.Hər iki dövlətin həmçinin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının gələcək üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı