Xarici anti-Azərbaycan dairələrin sifarişləri əsasında fəaliyyətlərini qurub, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərən qüvvələr, təəssüf ki, bu gündə var. Başdan-ayağa çirkaba bulaşan bu ünsürlər dövlətimizin və xalqımızın əleyhinə antitəbliğat kampaniyası aparmaqdan hələ də əl çəkmirlər. İğtişaşlar, qarşıdurmalar yaratmaq kimi qeyri-sivil əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən bu radikal müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün bu metodlardan yararlanmağa cəhd göstərib. Onlar "ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar" kimi insanlıqdan uzaq fəlsəfələrinə uyğun olaraq, hər zaman ölkədə gərginlik yaratmağa çalışırlar. Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Təbii ki, ölkəmizin uğurlu inkişafını qəbul edə bilmirlər. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra əllərində heç bir bəhanə qalmadığı üçün daha çirkin əməllərə əl atırlar.
Onlar çox gözəl başa düşürlər ki, bu gün onların ictimai rəydə uğur qazanmaq şansları yoxdur. Bunu bilə-bilə yenə də öz çirkin hərəkətlərindən əl çəkmirlər. Bu isə onların müstəqil olmadıqlarını bir daha təsdiqləyir.
Bu dırnaqarası müxalifətçilərdən biri də Nemət Pənahlıdır. Nemət Pənahlı hesab edir ki, uydurduğu nağıllarla yenidən o zaman müvəqqəti olan başgicəlləndirici şöhrətini yenidən qaytara biləcək. Nemət Pənahlı cəfəng iddiaları zaman-zaman səsləndirib. Lakin onun ittihamları ictimaiyyət tərəfindən qeyri-ciddi qarşılanır. Çünki Nemət heç bir halda ciddiyə alınacaq bir insan deyil və bunu hamı bilir. Nemət Pənahlı unutmasın ki, onların “fəaliyyəti” nəticəsində 1993-cü ilə qədər Azərbaycanda durum bərbad, acınacaqlı idi. Əgər ulu öndər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsəydi, Azərbaycan müstəqilliyi təhlükə altında qalardı. Ulu Öndərin yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu oldu.
Azərbaycan xalqına “ağıl dərsi” keçməyə can atan “5-ci kolon” nümayəndələrinin bütün cəhdləri uğursuzluqla nəticələnir. 1990-cı illərdə burunları belə qanamadan xalqı qırğına verib, özlərini qəhrəman elan edənlərə tarix layiq olduqları adı verdi: xain!
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri