25 avqust 2022 22:23
857

Azərbaycan və Qazaxıstan arasında ticari münasibətlərin inkişafı üçün əlverişli investisiya mühiti var

Ölkələr arasında siyasi münasibətlərin tənzimlənməsində uğurlu iqtisadi əlaqələr əsas təsiredici faktor kimi çıxış edir. İqtisadi əlaqələr sağlam təməllər üzərində qurulunda yaranan əməkdaşlıq da dayanıqlı və möhkəm olur.

İqtisadi əlaqələrin əsas hissəsi isə strateji xarakterli ticarət əlaqələridir. Bu baxımdan Azərbaycan və Qazaxıstan arasındakı uzunmüddətli ticari-iqtisadi əlaqələri göstərmək olar.  Bu əlaqələrin kökü müstəqilliyin ilk illərinə təsadüf edir. 1997- ci ildə iki ölkə arasında imzalanan sərbəst ticarət haqqında sənədin böyük əhəmiyyəti var.  Bundan sonrakı 30 il isə ticari əlaqələrin inkişafı üçün olduqca məhsuldar period olub.

Postsovet məkanında iki yüksək istehsal potensiallı ölkənin arasındakı ticarət dövrüyyəsi hər iki ölkənin iqtisadi inkişafına töhvə verir. Bu dövrüyə ilbəil artamaqdadır.

Müqayisə üçün deyək ki, 2021-ci ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollar civarında olub. Cari ildə isə əmtəə dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir.

Qazaxıstan rəsmiləri, eyni zamanda özəl sektor nümayəndələri dəfələrlə Azərbaycanın prioritet bazar olduğunu bildirmiş, bizimlə əlaqələrə can atdıqlarını ifadə etmişlər. Bu ilin iyununda ticarət missiyasını yerinə yetirmək üçün 20-ə yaxın şirkət  bu əlaqələrin qurulmasında iştirak edib.

Enerji ticarətindən əlavə qida təhlükəsizliyi məsələsinə də hər  iki ölkə tərəfindən həssas yanaşılır. Bunun üçün qida sənayesi sahəsində qarşılıqlı maraqlar öyrənilir və ticarət missiyaları təşkil olunur.

Belə demək olar ki, Azərbaycan və Qazaxıstan arasındakı ticarət dövrüyəsi əlaqələrin ilk qurulduğu dövrlərdən indiyə qədər altı dəfədən çox artıb və gələcək perspektivdə daha da artacaq. Bu da hər iki ölkənin iqtisadi gücünü daha da artıracaq və həm dövlətlər, həm də qardaş xalqlar arasında daha güclü bağlar yaranacaq.

Aytən İsmayılova,
Nizami Bələdiyyəsinin əməkdaşı