Görkəmli mütəffəkir Abbasqulu Ağa Bakıxanov tarix haqqında deyirdi: tarix hökmsüz və zülmsüz elə bir hökmdardır ki, bütün adəm övladı onun əmrlərinə boyun əyməkdədir.Tarix elə bir danışmayan natiqdir ki, sələflərin vəsiyyətlərini bütün təfsilat və təriflərilə xələflərə bildirir, ehtiyac və rifah səbəblərini, tərəqqi və tənəzzül yolların anladır". Dahi mütəffəkirin sözləri ilə müasir müstəqillik tariximizə nəzər salsaq və paralellər aparsaq olduqca maraqlı məqamlar ortaya çıxar. Düşünürəm ki, tarix üçün, xüsusilə siyasi tarix üçün ən təhlükəli məqam təsadüfi və ya hər hansı kənar dairələrin təsirində olan bu və ya digər şəxslərin konkret dövr üçün proseslərdə iştirakıdır. Əfsuslar olsun ki, müstəqlliyimizin ilk illərində Azərbaycan siyasətində sözügedən təsadüfi və ya xarici agenturaya bağlı şəxslər tarixi boşluqdan istifadə edərək baş verən proseslərdə aktiv şəkildə iştirak edə bildilər. Belə təsadufi və xain şəxslərin proseslərdə aktiv iştirakı isə tarixin növbəti gedişatında böyük bəlalara səbəb oldu. Müstəqil Azərbaycanın müstəqlliyi də sual altına düşdü. Yalnız müdrik Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyətə gəlməsilə Azərbaycan dövlətinin dağılma təhlükəsi aradan qalxdı.
Azərbaycan tarixinin təsadüfi, o cümlədən qaranlıq bağlılıqları olan şəxslərindən biri də Nemət Pənahlıdır. Siyasi səhnəyə gəlmə yolları qaranalıq olan bu şəxs Azərbaycan xalqının yaddaşında dayaz və populist siyasətçi kimi qalıb. Əslində, Nemət Pənahlıya siyasətçi demək də yalnışlıqdır. Çunki siyasətçi olan şəxs siyasət elminə yaxından bələd olmalı, dediyi hər bir sözün mənasını bilməli və məsuliyətini daşımalı, o cümlədən etiyi hərəkətlər adekvat olmalıdır. Sadalanan bu məqamların isə Nemət Pənahlıya heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq populistdir, dayazdır. Nemət Pənahlının Azərbaycan tarixində heç bir mənalı hərəkəti yoxdur. O, tribunanın ona verdiyi imkanlardan yararlanan mikrafon aşiqdir. Düşünürəm ki, özünə siyasətçi deyən şəxs həm də özünə hörmət etməyi bacarmalıdır. 60 yaşı olan Pənahlı özünə hörmət etməyi bacarsaydı yəqin ki, indi siyasi səhnədə qalma cəhdlərini etmək əvəzinə hər hansı başqa bir işlə məşğul olardı. Azərbaycan siyasi səhnəsində Nemət Pənahlı kimilərə yer yoxdur. Çunki, bu siyasi səhnə peşəkarların yeridir. Peşəkarlığın isə tələbləri tamam başqadır. Sosial şəbəkələrin imkanlarından istifadə edib siyasi səhnədə qalma cəhdləri isə əbəsdir.
Azərbaycan xalqı müdrik xalqdır. O, çoxdan təsadufi siyasətçiləri və satqınları tarixin zibil qutusuna atıb. Azərbaycan xalqı öz güclü dövləti ilə, ərazi bütövlüyünü öz gücü hesabına bərpa edən ölkəsi ilə fəxr edir. Xalqımız heç zaman təsadüfi və xain şəxslərin fəaliyətinə imkan verməyəcək. Tarix isə belə şəxslərin simasızlığını hər zaman gələcək nəsillərə göstərəcək.
Şahin İsmayılov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü