17 avqust 2022 22:14
698

Qarabağ Azərbaycandır! Bu mövzuda qalan bütün digər məsələlər yalnız təfərrüfatdır

Bütün zamanlar üçün  hər bir dövlətin nüfuzunun mühüm şərti onun iqtisadi-siyasi gücü ilə yanaşı həm də ordusu və silahlı qüvvələrinin mövcudluğudur. Bu gün də belədir və sabah da belə olacaq. Güc  amili  siyasi  prosesslərin ayrılmaz tərkib hissəsidir.Təsadüfü deyil ki,  müharibələr haqqında  nəzəri bilikərlə bağlı ədəbiyyatlarda qeyd edilir ki,:-“Müharibə siyasətin bu və ya digər  yolla, yaxud güc  vasitəsilə davamıdır”.

Heç şübhəsiz ki,  haqqın, hüququn, ədalətin  bərpasına yönələn siyasi  gedişlərin  məntiqi davamı olan müharibələr  olduğu kimi, şərə, nifaqa, düşmənçiliyin yaranmasına “xidmət edən”, dünyada sülhə, əməkdaşlığa, mehriban qonşuluğa əngəl  törədən  müharibələr də var. 30 il öncə  torpaqlarımızın işğala məruz  qalması, 100 minlərlə  soydaşımızın öz doğma yurdlarından məcburi  köçürülməsi, eləcə də ötən əsrin 80-ci illərinin  sonunda  Ermənistandan azərbaycanlıların  qovularaq qaçqın vəziyyətinə salınması ədalətsiz, mənfur  siyasətin və bu siyasətin  davamı olan  haqsız müharibənin  nəticəsi idi. Burada digər məqamsa, ermənilərin bu siyasəti  və hərbi  müdaxiləni  öz  gücləri hesabına  deyil ayrı-ayrı dövlətlərin  gücü, hərbi siyasi dəstəyi ilə həyata  keçirmələri idi. Nəticə etibarilə  başqasının  səyi, gücü və hərbi qüdrəti hesabına  qonşu  ərazisinə, torpaqlarına göz tikən, zəbt etdiyi  ərazilər də ötən  müddət ərzində  bir daşı belə daş üstə qoymayan, heç  bu imkanda olmayan Ermənistan dövləti  rəzil  günə düşdü. Beynəlxalq  güclərin, ayrı-ayrı  dövlətlərin  “siyasi oyuncağı”,  əlaltısı olduqlarını  və  nəhayət üzlərinə qapıların  taybatay açan,  humanist,  qonşuya, dosta, canını fəda etməyə hazır olan  azərbaycanlılara qarşı  çıxmağın  bədəlini ödəməli olduqlarını   özləridə yaşadılar, gördülər.

Ermənilərdən fərqli olaraq Azərbaycanın  haqq davası, öz  qüdrətinə, nüfuzuna, siyasi iradəsinə, xalqla-dövlətin vahidliyinə  əsaslanan, cəmi 44 gün çəkən müharibəysə,  həm də haqlı, dürüst və  məntiqli  siyasətin   güc yolu ilə  davamı idi. Müharibəmiz də siyasətimiz kimi ədalətli, dönməz, kəskin  oldu. Bütün  dünyaya nümunə olan bu haqq savaşı qeyd  etdiyim  nəzəri ədəbiyyatlarda  əksini tapan, siyasətin  məntiqli davamı, ədalətin   bərpasının  ən son  vasitəsi oldu.

Müharibədən  ötən  müddət ərzində bu tarixi siyasi  gedişin   strateji,  memarı  olan dövlət başçısı, Ali  Baş Komandanımız cənab İlham Əliyevin ermənilər üçün  təklif etdiyi yol  xəritəsi bu gün  batmaqda,  məhv olmaqda olan erməni “dövləti”  və  cəmiyyəti üçün yeganə xilas yoludur. Onlara təklif olunan sülhün  alternativi yoxdur. Tarixi qələbəmiz  və bu qələbədən ötən müddət ərzində  onlara  təklif olunan  səmimi qonşuluq münasibəti, əlaqələrin və  kommunikasiyaların  bərpası çağrışları, özlərinin tarixi  “erməniçilik  xəstəliyi”ndən   müalicə  olunmaları üçün  regiona, dünyaya  inteqrasiya  təkliflərini  geriyə   çevirərlərsə, o zaman tarix  səhnəsindən  silinmiş olacaqlar. Tarix boyu qonşuları ilə o qədər  ləyaqətsiz  davranıblar ki, indi bəlkədə Azərbaycanın  təklifləri onlar üçün  inanılmazdır, gözlənilməzdir. Necə deyərlər  prosesləri  “öz arşınları  ilə  ölçürlər”.

Onsuz da bir neçə gün öncə cənab İlham Əliyevin və I vitsi-prezident Mehriban xanım Əliyevanın  İsmayıllı rayonuna səfərləri zamanı səsləndirilən fikirlərdə qeyd olunduğu  kmi:-“Qarabağda yaşayan ermənilərin  nə statusu olacaq, nə  müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi  imtiyazı  olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə  Azərbaycan  vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə  Azərbaycanda  yaşayan xalqların hüquqları  necə  qorunursa  onların da elə. Ancaq  budur  yol.” ermənilərin başqa yolu yoxdur.

Daha bu fikirdə tarixin bataqlığında   vurnuxan  erməni  cəmiyyətini  ayıltmayacaqsa,  kimlərəsə,  hansısa dövlətə, yaxud  dövlətlərə  güvənib öz   sərsəm niyyətlərindən əl çəkməyəcəklərsə, o zaman  itirən və uduzan tərəf yenə özləri olacaq.

Çünki, 44 günlük müharibədən ötən 2 ilə yaxın müddət ərzində görünən odur ki, Qarabağ  ərazisində  yaşayan ermənilərin  hüquqları da,  təhlükəsizliyi də Azərbaycan  dövləti tərəfindən təmin ediləcək.

Cənab Prezidentin dediyi kimi: -“Qarabağda   yaşayan ermənilər düzgün addım  atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan  keçir. Ermənistan  öz təsir imkanlarını itirmək üzrədir.

Azərbaycan hakimiyyətinin  müsbət təsiri artır və artacaq”.

“Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir,  tarixi  nöqteyi-nəzərdən, beynəlxalq hüquq  nöqteyi-nəzərindən tərkib hissəsidir”.

Müzəffər Ali Baş Komandanın, “Qarabağda  yaşayan  ermənilər bizim  vətəndaşlarımızdır. Nə qədər onlar bunu  tez dərk etsələr, o  qədər də hamımız üçün  yaxşı olar. Ermənistan hakimiyyəti  Qarabağda yaşayan ermənilərə öz təsir  imkanlarını itirir.Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Qarabağda  yaşayan ermənilər açıq-aydın  gördülər ki, Ermənistan  hakimiyyəti onların problemlərini həll etmək  iqtidarında deyil”.

Odur ki, Qarabağın Azərbaycanın ayrılmaz, əzəli və əbədi torpağı olduğu bu gün bütün region və dünya  dövlətlərinin qəbul etdiyi  tarixi həqiqətdir. Bu  mövzuyla bağlı bütün digər məsələlərsə, yalnız təfərrüfatdır.

Kamil Qurbanlı,
YAP Biləsuvar rayon təşkilatının sədri