Bölgələrin sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq şəhər, rayon və kəndlərimizdə infrastruktur layihələri uğurla icra olunmaqdadır.
Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 12 avqust tarixində İsmayıllı və Ağsu rayonlarına səfəri və səfər zamanı Prezident cənab İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi böyük əhəmiyyətə malikdir. Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər ölkəmizin uğurlu gələcək inkişaf strategiyasından və qarşıda duran aktual məsələlərdən xəbər verir. Bu gün Azərbaycan dayanıqlı iqtisadiyyata və geniş iqtisadi resurslara malik olan nüfuzlu ölkədir.
Prezident cənab İlham Əliyev müsahibə zamanı bildirdi ki, sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə - Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.
Bu gün ölkəmizin bütün bölgələrində sosial infrasturuktur layihələri uğurla icra olunur, şəhərə və kəndlərimizin siması əsaslı şəkildə dəyişir, yeni yeni işyerlərinin açılması və işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət kursunun məntiqi nəticəsidir.
Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyası ölkəmizin parlaq gələcəyini şərtləndirən vacib amillərdən biridir. Azərbaycan Beynəlxalq müstəvidə siyasi, iqtisadi və strateji cəhətdən böyük nüfuz sahibi olan ölkədir.
Azərbaycan Cənubi Qafqazda və regionda iqtisadi cəhətdən inkişaf etmiş ən nüfuzlu dövlətdir və öz milli dövlətçilik maraqlarına əsaslanaraq dünya iqtisadiyyatına uğurla və inamla inteqrasiya etməkdədir.
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri