17 avqust 2022 15:04
732

Azərbaycanın qədim məskəni Basqala dövlət qayğısı

Son illər ərzində ölkəmizin bütün bölgələrində quruculuq-abadlıq işləri daha geniş vüsət almış,böyük infrastruktur layihələri icra edilmişdir. Dövlət başçısının isə bu  bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Azərbaycanın  hər bir hissəsindəki vəziyyətlə tanış olan, əlavə göstərişlərini verən cənab Prezident gedən işlərə özü nəzarət edir.

Sosial infrastrukturla bağlı, iş yerlərinin yaradılması ilə bağlı icra olunan böyük layihələr respublikamızın  gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

 Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl cənab prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncam verilmiş, sərəncam əsasında Dövlət Turizm Agentliyi orada işlər aparmışdır.

Basqal Azərbaycanın qədim kəndlərindən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Ölkə başçısının sərəncamı ilə bu yerin tarixi simasının qorunması, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılması , iş yerlərinin yaradılması kimi yeni imkanlar açıldı.

Basqal qəsəbəsi Azərbaycanın çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açdı desək , yanılmarıq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar əminik ki, Basqal qəsəbəsinə səfərlər edəcəklər. Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətlərinin gələcək inkişafı  deməkdir.Bu o deməkdir li , kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə dövlət tərəfindən qəbul edilmiş qərarlar öz bəhrəsini verir.

Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycanda da bu istiqamətdə fəal iş aparılır. Görülmüş və görüləcək işlər nəticəsində vətənimiz bu sahədə də özünü  təmin etmiş ölkəyə çevirəcək və ərzaq təhlükəsizliyi məsələləri  Azərbaycanda maksimum dərəcədə təmin olunacaqdır. . Eyni zamanda, Azərbaycanda  artıq azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Dövlət başçısının  göstərişi ilə vaxt itirilmədən əkin işləri və minalardan təmizləmə işləri aparılmışdır. Hesab olunur  ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində ölkəmizə böyük kömək göstərəcək.

Ona görə bütün bu  amilləri nəzərə alsaq , azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranlarını təmin etsinlər, yaxşı vəsait əldə etsinlər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artsın

Dünya iqtisadiyyatında  baş verən bütün çətinliklərə hazır bir iqtisadiyyata malik Azərbaycan öz adekvat addımları və qabaqlayıcı ,aparıcı tədbirləri ilə sübut edir ki , Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və dövlətimiz tərəfindən  görüləcək işlər nəinki Basqalı ,eyni zamanda bütün regionlarımızı, ölkəmizi daha da gücləndirəcək.

Çünki dövlətimizin  verdiyi bütün vədlərə həmişə sadiq olan, bu vədlərə əməl edən. Azərbaycan xalqına nə vəd vermişdirsə, onu yerinə yetirən , bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə gündən-günə Azərbaycanı inkişafa aparan bir rəhbəri var.

Əminik ki, ölkəmiz daim güclənəcək , xalqımız daha yaxşı yaşayacaq.

Yeganə  Məhərrəmova,
Bakı şəhəri, Milli Qəhrəman İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin direktoru