17 avqust 2022 10:26
754

Qarabağda yaşayan ermənilər başa düşməlidirlər ki, onların gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir

Azərbaycan II Qarabağ savaşında zəfər çalması tarixi əhəmiyyət kəsb edir. Ölkəmiz bununla hansı gücə malik olmasını bir çox dünya dövlətlərinə göstərmiş olmuşdur. Hər bir azərbaycanlının qürur duyduğu Böyuk Qələbə Ermənistanın bir ölkə olaraq təkcə regionda deyil, dünyada nüfuzunun itirilməsinə səbəb oldu. Ermənistan bu müharibədə həm hərbi cəhətdən sarsıldı, həm də iqtisadi cəhətdən çökdü. Eyni zamanda xalq və dövlət qarşıdurması yarandı. II Qarabağ savaşı düşmən ölkə üçün həm ciddi mesaj, həm də tarixi bir dərs oldu.

Ermənistan düşünürdü ki, zaman-zaman işğal etdiyi torpaqlar unudulacaq və onlar tamamilə müqəddəs yurd yerlərimizi mənimsəyəcəklər. Lakin Azərbaycan rəhbərliyi həyata keçirdiyi məqsədyönlü siyasətlə bunun əksini onlara göstərdi. Aparılan düzgün siyasət Böyük Qələbəyə doğru atılan addım idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalarda bir qarış torpağımızı düşmənə verməyəcəyimizi hər dəfə bəyan edirdi. İllər keçdikcə dövlətimiz ölkə rəhbərinin apardığı düzgün siyasət nəticəsidə daha da güclənirdi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə sahib oldu. Bu yüksəlişi bütün dünya döyüş meydanında qazandığımız tarixi Qələbədə aydın görmüş oldu. Nəhayət, Ermənistan II Qarabağ savaşındakı məğlubiyyətindən böyük nəticə çıxartmalıdır. Dərk etməlidir ki, ölkəmizə qarşı hər hansı bir təxribat onlar üçün ağır sonluq ola bilər. Necə ki, Qisas əməliyyatında da bunu bir daha görmüş oldular. Bundan sonra da belə davam edərsə, eyni cavabı almış olacaqlar. Təxribatla onlar heç nə əldə edə bilməyəcəklər.

Bu gün ölkəmiz bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında, eyni zamanda Ermənistanla münasibətlərinin normallaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yuksək səviyyədə yerinə yetirir. Təəssüflər olsun ki, Ermənistan üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir.Onlrın törətdikləri təxribatlar bunu aydın şəkildə göstərir. Qarşı tərəf onlara verilən fürsəti dəyərləndirmək əvəzinə öz çirkin əməllərini yenə də təkrarlayırlar. Ermənilər, nəhayət, anlamalıdırlar ki, bu fürsət onların gələcəyi üçün ən yaxşı addımdır.

Qarabağda yaşayan ermənilər bir daha başa düşməlidirlər ki, onların gələcəyi Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə bunu bəyan etdi. Bildirdi ki, başqa cür mümkün deyil: “ Yəni biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm də nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrımaz hissəsidir.”

Ermənilər bunu birdəfəlik dərk etməli, düzgün addım atmalıdırlar.

Yeganə Qarayeva,
M.Nəcəfov adına 86 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi