16 avqust 2022 18:52
1090

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

Azərbaycan Respublikası Prezidentinin  işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin ata-baba yurdlarına qayıdışının başlanması,   Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir. Qarabağın yuxarı hissəsində ermənilərin məskunlaşdığı ərazilərdə salınmış primitiv  və uçuq-sökük erməni kəndlərinin fonunda onların düz gözlərinin önündə tikilmiş müasir dizayn və infrastrukturu ilə seçilən “ağıllı kənd”lər erməniləri də düşünməyə vadar etmişdir.

2022-ci ilin avqustun 3-də olmuş “Qisas” əməliyyatında qələbəmiz son günlər əks cəbhədə  müşahidə edilən hadisələrdə özünü göstərir.  Erməni əsilli keçmiş Azərbaycan vətəndaşları mərkəzi icra orqanlarına, Xankəndini təmsil edən millət vəkili Tural Gəncəliyevə elektron müraciətlər etmişlər. Ermənilərin bəzi hallarda şəxsən yaxınlaşaraq hərbçilərimizdən kömək istəmələri barədə  faktlar da məlumdur . Onların müraciətlərinin əsasən qapalı olmasının səbəbi daşnakların, Köçəryan-Sarkisyan güruhunun revanşist təbliğatı və təzyiqinin erməni cəmiyyətində yaratmış olduğu “türk xofu” və radikal əhval-ruhiyyədir. Bu ifratçı revanşist qaragüruhun ermənilərə daha çox bədbəxtlik gətirəcəyinə, eləcə də Rusiya və Fransa kimi dəstəkçilərinin “Qisas” əməliyyatı zamanı sərgilədikləri mövqedən dərs alan  bəzi Qarabağ erməniləri  Azərbaycan qanunçuluğu çərçivəsində yenidən vətəndaşlığımızı qəbul etmək istəklərini ifadə edirlər. Azərbaycanın müvafiq dövlət qurumları bu müraciətləri dəyərləndirərkən, əlbəttə ki, vaxtilə Suriya, Livan və digər xarici ölkələrdən Qarabağa köçürülən, eləcə də qeyri-qanuni silahlı dəstələrdə iştirak etmiş, cinayətlər törətmiş  erməni kontingentini dərhal ayırmalı, onların cəzalandırılnasını və ya ölkədən çıxarılmasını təmin  etməlidir. Prezident cənab İlham Əliyevin bir neçə gün əvvəl Az. Tv-də səsləndirmiş olduğu dəqiq ifadələr radikal erməni erməni ünsürlərə verilmiş tutarlı cavab kimi dəyərləndirmək olar: “Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə Konvensiyasının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də, orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilərlər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər, bizi maraqlandırmır”.

 Bütün bunlar Ermənistanın Qərbin bədnam ikili standartlarına arxayın olaraq yürütdüyü  30 illik nasist-millətçi siyasətinin çat verməsinin, təcavüzkarlıq və şovinizm üzərində qurulmuş bir  sistemin deqradasiyasının göstəricisidir.

Hazırda  Azərbaycanın hərbi-iqtisadi gücü və bir sıra siyasi gedişləri nəticəsində ermənipərəst fəaliyyətindən bir qədər geri çəkilmiş Qərbin təşəbbüsü ilə növbəti Brüssel görüşünə hazırlıq gedir.    Ermənistan 44 günlük müharibədə öz müttəfiqlərinin  reallıqdan doğan vəziyyətini, eləcə də öz hərbi-iqtisadi potensialını müəyyənləşdirmək  üçün kifayıət qədər vaxtı olmuşdur.  "Qisas" əməliyyatı  zamanı Rusiyanın tutduğu mövqe həm Ermənistanda, həm də Qarabağda şovinist-revanşist qaragüruhun erməni cəmiyyətindəki mövqeyini də xeyli zəiflətmişdir.  Bu baxımdan  Brüssel görüşünün əvvəlki görüşlərdə olduğu kimi Azərbaycanın "10 noyabr" müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin tələbləri üzərində qurulacağı aydındır. Cənab Prezident öz müsahibələrində tez-tez Rusiyanın “müvəqqəti sülhməramlı qüvvələri” ifadəsini işlədir. Burada nəzərdə tutulan əsas məqam  Azərbaycanın Qarabağda  sülhməramlılara ehtiyacının olmamasıdır.  Rusiya Minsk danışıqlar formatından çıxmasını elan etmişdir. Bu halda ABŞ və Fransanın Minsk qrupundakı fəaliyyəti də Ermənistanın və bəzi  Qərbli politoloqların cəhdlərinə baxmayaraq qeyri- legitim hesab olunur. Qeyd olunan bu məqamlar ölkəmizin həm regional və həm də beynəlxalq əhəmiyyətini artırmış, BMT tərəfindən tanınmış  suveren ərazisində  ölkə konstitusiyası çərçivəsində sivil fəaliyyət formalarının tətbiq olunması üçün  hüquqi və mənəvi dəstək qazanmışdır. Hazırda qarşıda duran məsələlərdən biri heç bir statusdan danışmadan Azərbaycan vətəndaşlığını qəbul edən erməniləri yerləşdirmək və onlarla  problemimiz yoxdur təbliğatı ilə sivil Azərbacan cəmiyyəti modelini yalançı erməni təbliğatından bezmiş dünyaya nümayiş etdirmək ola bilər. Azərbaycan Pespublikası Prezidentinin də qeyd etdiyi kimi: “İndi Azərbaycan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə təsir imkanları daha da artır. Ona görə də bu yeni vəziyyəti düzgün qiymətləndirmək, reallıqlarla barışmaq, perspektiv addımları bu reallıqlara uyğunlaşdırmaq lazımdır. Ermənistan hökuməti və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazilərində yaşayan ermənilər bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. İqtisadi, hərbi, siyasi və digər amillərin analizi zamanın daha çox kimin xeyrinə işlədiyini çox aydın şəkildə göstərir”.

Vüqar Dadaşov, 
YAP Neftçala rayon təşkilatı Təhsil ərazi partiya təşkilatının sədri