Bu gün ölkəmizdə gedən sosial-iqtisadi inkişafın təməli Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən - ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdən başlamış və hal-hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın hər bir bölgəsi günbəgün daha da inkişaf edir, yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkə başçısı bölgələrdə aparılan quruculuq-abadlıq işləri ilə daima yaxından maraqlanır, göstəriş və tapşırıqlarını verir. Böyük infrastruktur layihələrinin -elektrik enerjisi ilə təchizat, suvarma, yol infrastrukturu, qazlaşdırma , içməli su layihələrinin, həmçinin sosial infrastruktur layihələrinin-rayonlarda müasir xəstəxanaların, tibb ocaqlarının, məktəblərin inşasının həyata keçirilməsi regionlarda əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, onları narahat edən məsələlərin həllinə xidmət edir.
Eyni zamanda bu layihələrin icrası regionlarda məşğulluğun inkişafına və iş yerlərinin yaradılmasında böyük əhəmiyyətə malikdir. Məşğulluğun artması, insanların yaşayış və rifah səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Vətəndaş məmnunluğu Prezident İlham Əliyev üçün ən vacib və önəmli amildir. Bu da öz növbəsində ölkə başçısının siyasətinin əsasında xalqın mənafeyi dayandığının bariz göstəricisidir.
Son illər ərzində regionların sosial-iqtisadi inkişafı artdıqca Azərbaycanın iqtisadi artımında qeyri-neft sektoru aparıcı yer almaqdadır. Bu da iqtisadiyyatın neft sektorundan asılılığını azaldaraq , qeyri-neft sektorunun inkişafını sürətləndirir. Ölkəmiz neft ölkəsi olmağına baxmayaraq, turizm, kənd təsərrüfatı, heyvandarlıq, bitkiçilik və s. sahələrdə də uğurla inkişaf edir.
Bütün bu görülən işlər əlbəttə ki, cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Çox qürurla deyə bilərik ki, ölkəmiz regionda və dünyada güclü dövlətə çevrilməkdədir. Qeyri-neft sektorunun inkişafı ölkə başçısının qarşıya qoyduğu ən vacib məsələlərdən biridir. Bununla da ölkəmiz xarici bazarlara inteqrasiya edərək daha da tanınır və inkişaf edir.
Hər birimiz bölgələrdə aparılan quruculuq və abadlıq işlərini gördükcə sevinc hissi keçiririk. Ölkə başçısının regionların inkişafına dair Dövlət Proqramı çərçivəsində gördüyü işləri dəstəkləyir və alqışlayırıq. Bölgələrimizin inkişafı ölkəmizin uzunmüddətli inkişafının təminatçısıdır. Demək olar ki, bu gün hər bir bölgədə, hər bir rayonda , hər bir kənddə normal yaşamaq və işləmək üçün şərait yaradılmışdır və əminik ki , bu işlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Gültac Rüstəmli,
YAP-ın gənc fəalı