16 avqust 2022 12:22
665

Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları öz müsbət nəticələrini verir

“Diri baba” türbəsi Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsində qayaların içərisində yerləşir. Memarlıq obrazının orijinallığı, tikinti kompozisiyasının təkraredilməzliyi və təbiət ilə sıx əlaqəsinin olmasına görə bu abidə Azərbaycan memarlığı tarixində xüsusi yer tutur. Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. Məlum həqiqət isə budur ki, «Diri baba» müqəddəs bir məkandır. «Diri baba» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinin bərpası və ərazidə abadlıq işləri üzrə layihə-smeta sənədləri hazırlayıb. Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib. Sənəddə qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi ilə bağlı müvafiq tədbir nəzərdə tutulub.

Həmçinin, Prezident İlham Əliyev də qeyd etdiyi kimi, ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir bundan əlavə Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar ölkənin ictimai-siyasi həyatında real nəticələrini göstərməkdədir. Bu özünü ilk növbədə davamlı inkişafın təmin edilməsində, vətəndaşların rifah və məmnunluq səviyyəsinin daha da yüksəlməsində, peşəkar və səmərəli dövlət qulluğu institutlarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edən dövlət idarəetmə sistemində özünü göstərir.  Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramları öz müsbət nəticələrini verir. Bu Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində respublikamızın bütün rayonlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Böyük infrastruktur layihələri icra edilib və uzun ilər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Rayonların sosial-iqtisadi inkişafına böyük töhfə verilib. Şübhəsiz, hazırda Azərbaycan regionun ən dinamik inkişaf edən dövlətidir. Hökumətin həyata keçirdiyi məqsədyönlü siyasət, respublikada aparılan davamlı sosial islahatlar ölkə daxilində iqtisadi və siyasi sabitliyin möhkəmlənməsini şərtləndirib.  Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı