Prezident İlham Əliyev son müsahibəsində beynəlxalq səviyyəli erməni lobbiçilərinə, revanşistlərə və rəsmi Ermənistana çox ciddi mesajlar göndərdi. Burada Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunmasını, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur.
Dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq. Qarabağ Azərbaycanın əzəli, əbədi torpağı və ayrılmaz hissəsidir”.
Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin qorunması və bərpa edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Azərbaycan Qarabağ erməniləri üçün inteqrasiya və yüksək təhlükəsizlik zəmanəti vəd edir. Hər iki xalqın yaddaşında müharibələr olsa da, amma dinc, yanaşı yaşamaq keçmişi də olub.
Bu gün Azərbaycanın ən böyük güzəşti sülh danışıqlarına sadiq qalmağıdır. Lakin bu imkanlardan istifadə etməklə yeni şərait yaradılmalıdır. Azərbaycan sivil, tolerant və dünyəvi dövlətdir. Burada etnik mənşəyindən asılı olmayaraq, bir çox xalqların nümayəndələri, o cümlədən də, elə ermənilərin bəziləri də indinin özündə belə yaşayırlar. Bu baxımdan Azərbaycan Qarabağ ərazisində yaşayan, bizə qarşı cinayət törətməkdə günahlandırılmayan və öz istəyi ilə Azərbaycan dövlətinin şərtlərini qəbul edən sadə ermənilərin Azərbaycan vətəndaşı kimi Qarabağda qalıb yaşamasına icazə verəcəyini həmişə bəyan edib.
44 günlük müharibə dövründə rus sülhməramlılarının indiki nəzarət ərazisindəki ərazilərə ordumuzun daxil olmamasının bir səbəbi də orda yaşayan erməniləri tamamilə Qarabağ ərazisindən çıxardılmaması üçün idi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı