16 avqust 2022 12:04
720

Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir

Ölkəmizdə bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf etməkdədir. Eyni zamanda Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanı regionun davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib. Dövlət başçısının rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik və rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə ölkəmizdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir. Görülən bütün bu işlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu göstərir ki, qarşıdakı illərdə bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır.

Onu da qeyd etmək istərdim ki, Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu sübut etmişdir. Azərbaycan xalqı humanist və səbirli olduğu qədər qətiyyətli , eyni zamanda da dönməzdir. Çiçəklənən Azərbaycan Respublikası yeni-yeni iqtisadi-siyasi zəfərlərlə daha da gözəlləşərək inkişaf edəcəkdir!

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı Vətən müharibəsi zamanı daha da böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına  töhfələrini verdilər.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi