16 avqust 2022 13:16
632

Turizmin inkişafı  həm regionların inkişafı, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib. Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan dini dəyərlərmiz daim dövlətimizin nəzrətində olmuşdur. Bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur.  Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub.  Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir.

Azərbaycan Respublikasın Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir".

Ölkənin dini–tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev Qobustan rayonundakı “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olarkən demişdir: “Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, onun ətrafında turizm infrastrukturu yaradılsın. Regionların inkişafı isə, qeyri-neft sektorunun davamlı inkişafına, iri sosial infrastruktur layihələrinin icrasına, həmçinin yeni müəssisələr və iş yerlərinin açılmasına şərait yaradaraq regionlarda əhalinin məşğulluğunun artırılmasına, rifah halının yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir”.

Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaq. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Müsbət dəyərləndirilməli məqam ondan ibarətdir ki, bu gün dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilirik.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı