Azərbaycanda uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. Dünya təcrübəsi göstərir ki, uğurlu islahatlar dövlət və hökumət başçılarının buna siyasi iradə nümayiş etdirdiyi ölkələrdə mümkündür. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, ölkəmizdə sosial-iqtisadi islahatların qarşısını heç bir qüvvə ala bilməz. İslahatlar bundan sonra da qətiyyətlə davam etdiriləcək.
Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. İcra başçıları, bütün məmurlar vətəndaş narazılıqlarının qarşısını almaq üçün çalışmalıdır.
Bildiyimiz kimi cənab Prezident yeni icra başçılarını qəbul edərkən çox vacib bir neçə məqama toxundu. Bunlardan biri də rayonlarda abadlıq-quruculuq, infrastuktur layihələrinin geniş vüsət alması ilə bağlı idi. Dövlət başçısı İlham Əliyev bölgələrə səfərləri zamanı etdiyi çıxışlarında dönə-dönə qeyd etmişdir ki, regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcək: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir". İcra başçıları, bütün məmurlar vətəndaş narazılıqlarının qarşısını almaq üçün çalışmalıdır. Dövlət başçısı ilin əvvəlindən indiyədək rayonlara səfərləri çərçivəsində iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində də iştirak edib. Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq, onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirmiş olur.
Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının maraqları dayanır. Qəbulda da bildirildi ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər: “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun.”
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatında məsləhətçi