Məlum olduğu kimi 25 iyul tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına icra başısı təyin etdi. Ölkə Prezidenti cənab İlham Əliyev hər üç rayonun yeni təyin olunan icra başcılarını qəbul edəndə onlara ilk növbədə rayonlarda vəziyyətin geniş təhlil olunması, mövcud nöqsanların aşkar edilməsi və aradan qaldırılmasını, eyni zamanda Şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçıları və Qazilərə xüsusi diqqət göstərilməsini tapşırdı.
Ölkə Prezidenti cənab İlham Əliyev cəmiyyətimizin həssas təbəqəsinin üzvləri olan Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və Qazilərimizin sosial-məişət şəraitlərinin diqqət mərkəzində saxlanılması, onların qayğıları ilə yaxından maraqlanmalarını və bu cür problemlərin aradan qaldırılması məsələsini xüsusi ilə vurğulamışdır və Dövlət başçısının “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”. sözləri mühüm əhəmiyyətə malik olan, ölkə Prezidentinin cəmiyyətin bu cür həssas təbəqəsinə diqqət və qayğısının bariz təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyev hər zaman sosial ədalət prinsipinə, vətəndaşların problemlərinin həllinə yönəlmiş məsələlərə xüsusi önəm verir. Qeyd etmək lazımdır ki, ölkəmizdə insan faktoru dövlər siyasətinin əsas və vacib istiqamətlərindən birini təşkil edir.
Prezident cənab İlham Əliyev hərbiçilərimizin sosial problemlərinin həllini, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasını hər zaman xüsusi diqqət mərkəzində saxlayır.
Məhz ölkə Prezidentinin bu cür humanist və xeyirxah mövqeyi nəticəsində ölkəmizdə xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir və xalqımız hər zaman öz siyasi Liderini dəstəkləyir.
Qeyd etmək lazımdır ki, 44 günlük Vətən Müharibəsindən sonrakı dövr ərzində Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Şəhid ailələrinin və Qazilərimizn sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün mühüm addımlar atılaraq onlar mənzil və avtomobillərlə təmin olunmuşlar. Eyni zamanda Qazilərimizin və Vətən Müharibəsi iştirakçılarınında işlə təmin olunması da bu gün prioritet məsələlərdən biridir.
Dövlətimizin Şəhid ailələrinə, Qazilərimizə və Vətən Müharibəsi iştirakçılarına göstərdiyi diqqət, qayğı hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır və xalqın öz siyasi Liderinə olan inamını daha da artırır.
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri