Bu reallıq dövlət başçımızın apardığı məqsədyönlü sosial siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilir
Prezident İlham Əliyevin Göygöl, Masallı və Lerik rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbulu zamanı səsləndirdiyi fikirlər ölkədə islahatların sonrakı mərhələsi, idarəetmə və kadr seçimi ilə bağlı, habelə, yerli icra orqanları üçün prioritetlərin müəyyən olunması baxımından mühüm yol xəritəsi ortaya qoydu. Bu baxımdan, ilk növbədə, etimad göstərilən şəxslər yerli idarəçilikdə kadr siyasətində hansı kriteriyalara önəm verildiyini göstərdi. Eyni zamanda, cənab Prezident İlham Əliyev nümayiş etdirdi ki, bacarıqlı, potensialı və təhsili olan, azərbaycançılıq ideyasına və dövlətinə bağlı gəncliyin irəli çəkilməsi prosesi davam edəcək.
Prezident İlham Əliyev yeni təyin olunan başçıların, eləcə də bütün yerli icra hakimiyyətləri rəhbərlərinin qarşısında açıq bir tələb qoydu ki, onlar insanlarla, ictimaiyyətlə bir yerdə olmalıdırlar və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik. Daha bir mühüm məqam ondan ibarətdir ki, dövlətimizin başçısı yerli icra orqanları üçün prioritet məsələləri bir daha ictimai formada bəyan etməklə həm idarəçilər, həm də əhali üçün aydın bir mənzərə müəyyən etdi ki, dövlətin, xalqın və Prezidentin tələbi nədir, yaxud dövlət məmurları öz fəaliyyətlərindən hansı nəticələri çıxarmalıdırlar.
Yeni təyin edilən icra başçılarını qəbul edərkən cənab Prezidentin etdiyi çıxışla rayon sakinləri də, təyin olunan icra başçıları da və onların timsalında bütün ölkə əhalisi də dövlətin yerlərdə prioritetinin nələr olduğunu ölkə rəhbərinin öz dilindən eşitdilər. Prezident İlham Əliyev yeni təyin olunan başçıların və heç şübhəsiz ki, onların timsalında bütün yerli icra hakimiyyətləri rəhbərlərinin qarşısında açıq bir tələb qoydu ki, onlar insanlarla, ictimaiyyətlə bir yerdə olmalıdırlar və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik. Xüsusilə, həssas əhali təbəqəsi, əsasən də şəhid ailələri və müharibə iştirakçıları, eyni zamanda, əlilləri ilə iş yerli icra orqanları üçün vacib vəzifə kimi qoyuldu
Başqa tərəfdən, daha bir fakt budur ki, ötən dövr ərzində yol verilən neqativ hallar, xüsusən, kənd təsərrüfatı torpaqlarının qanunsuz zəbt olunması, tikinti normalarının pozuntusu kimi məsələləri gündəmə gətirməklə dövlət başçısı yerlərdə icra orqanları qarşısında ciddi vəzifələr qoydu. Yeri gəlmişkən, qanunsuzluqlara yol verən, neqativ fəaliyyət göstərən məmurlara da xəbərdarlıq edildi ki, onlar öz işlərini vicdanla yerinə yetirməlidirlər. Xüsusilə, həssas əhali təbəqəsi, əsasən də şəhid ailələri və müharibə iştirakçıları, eyni zamanda əlilləri ilə iş yerli icra orqanları üçün vacib vəzifə kimi qoyuldu.
Söz yox ki, bütün bu mühüm faktorlar ilk olaraq sonradan yerlərdə hansısa neqativ meyillərin yaranma ehtimalının mümkün qədər azaldılmasında ciddi rol oynayacaq və eyni zamanda, ictimai nəzarət imkanlarına xüsusi diqqət çəkməklə cənab Prezident şəffaflıq və qanunların aliliyinin ən vacib şərtlərindən biri kimi müəyyən olunduğunu qeyd etdi. Cənab Prezident İlham Əliyev yeni icra başçılarını qəbul etdiyi zaman irəli sürdüyü çıxışında açıq şəkildə bəyan etdi ki, bizim uğurlu inkişafımıza kiminsə kölgə salması, kiminsə haradasa özü üçün rüşvətxorluq yuvası qurması və dövlətimizin əsaslarını sarsıtması cəhdlərinə imkan verilməyəcək. Artıq bu reallıq da dövlət başçımızın apardığı məqsədyönlü sosial siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilir.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri