29 iyul 2022 18:29
1018

Kiber məkan və onun neqativ trend və tendensiyaları …

Problemin mahiyyəti:

Kiber məkan internetin gətirdiyi bütün innovativ yeniliklərlə bərabər onun neqativ trend və tendensiyalarını da sosial media şəbəkələri üzərindən fərqli platformalarda ictimai həyatımıza birmənalı olmayaraq daxil etmişdir.

Bu fəaliyyətlər, kiber hücum, kiber cinayətkarlıq, kiber hakerlik, kiber təhdit-təbliğat və qara piar kompaniyaları, o cümlədən hibrid müharibələr şəklində özünü göstərməkdədir. Bu gün, bu məkanda qarşılaşdığımız zərərli kontentlər, spam dolu trend və tendensiyalı fəaliyyətlər xeyli dərəcədə nəzarətdən çıxmış kimi görünürlər.

  Bu neqativ fəaliyyətlər əsasən:

- ictimai-siyasi sektorda sosial mediya üzərindən çirkin siyasi qara “piar” kompaniyaları aparmaqla;

- bank-maliyyə sektorunda haker hücumları ilə bank maliyyə hesabları və işləmlərini çökdürülməklə;

- xarici kəşfiyyat sferasında milli istihbarat və təxribat yönlü iğtişaşla müşaiət olunan çaxnaşmalar salmaqla;

- biznes sferası və onun ayrı-ayrı strukturlarında kiber sobatajlar, feyk profillər, antireklam təbliğatlı fəaliyyətlərin təşkili ilə;

- mədəni-mənəvi sferada qeyri etik davranışların sərgilənməsi ilə əxlaq və amoral porno fəaliyyətlər və onların yayılması ilə;

- hərbi sirr və müdafiə sferasında avtomatlaşdırılmış  təhlükəsizlik sistemlərinə kiber müdaxilələrlə;

- vəs. olmaqla bu istiqamətdə kiber cinayətkarlığın neqativ trend və tendensiyaları daha da inkişaf etdirilərək yayılır;

Təklif:

Bu kimi həssas virtual məkanda informasiya təhlükəsizliyi, informasiyanın qorunması, internet cinayətkarlığı və günü-gündən mürəkkəbləşən sosial şəbəkələrin idarə olunması və onların hüquqi tənzimlənməsi istqamətində artan təhdit və təhlükələr, bu sektoru kritik  tənzimləmə problemləri ilə üz- üzə qoymuşdur. Bu problemlərin həlli, ölkədə rəqəmsal uçurumun aradan qaldırılması, o cümlədən kompleks kibertəhlükəsizlik tədbirlərinin görülməsini vacib edir.

Xülasə:

Bununla da, rəqəmsal transformasiya çağrışlarına uyğunlaşdırma, dərindən sahə islahatlarının aparılması, informasiya texnologiyaları bazarının liberallaşdırılması, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması ilə kontur təhlükəsizlik önləmlərinin həyata keçirilməsi qaçılmazdır.

P.S.

Sosial Şəbəkə “SPAMLARI” öz mahiyyət kirliliyilə “ekoloji” kirlilikdən daha təhlükəlidir!

 

 #sybersecurity

#internetsafety  #digitaltransformation

Əflatun Məmmədov, 
​Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini, İnternet və Yüksək Texnologiyalar üzrə ekspert