29 iyul 2022 13:34
806

Layiqli məmurların yetişməsi üçün geniş təcrübə mövcuddur

Hansı sahədə çalışmasından  asılı olmayaraq, hər bir kəs gördüyü işə məsuliyyətlə, vicdanla  yanaşmalı, həmçinin cəmiyyətə fayda verməlidir.Xüsusəndə yüksək vəzifə tutan məmurlar bu işdə daha peşəkar fəaliyyət göstərməlidir. Çünki onların fəaliyyəti cəmiyyətin mühüm bir  hissəsinin həyatına birbaşa təsir edir.Azərbaycanda layiqli məmurların yetişməsi üçün geniş  təcrübə və irs mövcuddur. Təkcə Ümummilli Lider Heydər Əliyevin həyat və faəliyyətinin öyrənilməsi bu sahədə böyük bir məktəbdir.Onun hər addımı,hər sözü bu gün də,gələcəkdə də cəmiyyət üçün bir nümunədir. Bu gün bu örnək siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət  məmurlarının vəzifə borclarını layiqincə yerinə yetirməsi Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Ölkə başçısı dəfələrlə öz nitqlərində layiqli məmuru  səciyyələndirən keyfiyyətləri xarakterizə edərək, fəaliyyətində ciddi nöqsanlara yol verən şəxsləri törətdikləri əməllərdən çəkinməyə çağırıb. Cənab İlham Əliyev kimi bir şəxsiyyət çıxışlarında dəfələrlə qeyd edib ki,mən xalqıma xidmət üçün bu vəzifəni daşıyıram.Ancaq bəzi məmurlar özünü xalqdan yuxarıda hiss edirlər.Cənab İlham Əliyevin onlara göstərdiyi etimaddan sui-istifadə edirlər.

Ona görə də belə hallar aşkarlanan kimi dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir.Ancaq ümumilikdə dövlət başçısının korrupsiyaya və məmur özbaşınalığına qarşı mübarizəsinin geniş ictimaiyyət və xalq tərəfindən dəstəklənməsinin nəticəsidir ki, həyata keçirilən kadr dəyişiklikləri və  islahatları cəmiyyət tərəfindən daim müsbət qarşılanır və ölkə rəhbərinə olan etimadı daha da  artırır. Prezident İlham Əliyev istənilən çıxış və nitqlərində ölkəmizdəki nöqsanları da açıq-aşkar bəyan edir və çıxış yollarını göstərir. Bunun nəticəsidir ki,bu gün paytaxtla yanaşı,  respublikamızın regionları da dinamik inkişaf edir.

Çox sevindirici haldır ki, cənab Prezident işlərinin çox olmasına baxmayaraq, yorulmadan ölkənin bütün bölgələrinə səfərlər edir, görülən işlərlə yerində tanış olur, lazım olan işlərin görülməsinə dərhal göstəriş verir. Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə  aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə  əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi  üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Eyni zamanda qazilərin sağlamlığının  qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox  mühüm addımlar atılır. 30 illik erməni işğalına son qoyan 44 günlük müharibə Azərbaycan ordusunun qüdrətini, Azərbaycan xalqının yenilməz ruhunu, öz Prezidentinin tarixi ədalətin bərpası ideyası  ətrafında birləşdiyini nümayiş etdirdi.Ona görə də əminliklə deyə bilərik ki,bu birliyi heç bir  qüvvə poza bilməz.İşində nöqsana yol verən məmurlar da dərk etməlidirlər ki,onların uğursuz fəaliyyətləri yalnız özlərini tənqid hədəfinə çevirəcək.

Təvəkkül Əliyev, 
YAP Şuşa rayon təşkilatının sədri