Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev iyulun 25 –də Azərbaycanın 3 rayonuna yeni icra başcılarını təyin etdi. Bu Masallı Lerik və Göygöl rayonlarıdır. Cənab prezidentin iradəsi ilə kənarlaşdırılan keçmiş icra başcılarının yerinə gənc, savadlı və perespektiv vəd edən yeni icra başcıları təyin edildilər. Masallıya Araz Əhmədov, Lerikə Əkbər Abbasov , Göygölə isə Elvin Paşayev təyin olundular.
Cənab prezidentin yeni təyin olunmuş icra başcılarına verdiyi ilk tapşırıq təyin edildikləri rayonlarda vəziyyətlə yaxından tanış olmaq, mövcud nöqsanları aşkar edib aradan qaldırılmasını təmin etmək oldu. Ümumiyyətlə ölkə rəhbərinin tapşırıqlarına əsasən bütün rayonlarda hər bir sahədə infrastrukturun inkişafı yüksək səviyyədə aparılmaqdadır. Buraya rayonların elektrik enerjisi ilə təchizatı, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri daxildir. Digər tərəfdən əhalinin sağlamlığını düşünərək, yeni tikilən xəstəxanalar tibb müəssisələri bir daha sübut edir ki, xalqın rifahı naminə qarşıya qoyulan məsələlər öz həllini tapmaqdadır. Təbii ki, infrastruktur layihələrin artması rayonlarda sahibkarlara da geniş imkanlar yaradır.Yeni iş yerləri açılır və insanlar işlə təmin edilirlər. Ölkə əhalisi günü-gündən artmaqdadır. Müstəqilliyimizin ilk illərində əhalinin sayı 7 milyon idisə, indi 10 milyonu ötməkdədir.
Bəzi məqamlar vardır ki, bu inkişafa kölgə sala bilərdi. Əgər, Müzəffər Liderin vaxtında müdaxiləsi olmasaydı. Buna misal olaraq bəzi icra başcılarının xalqa laqeyid münasibəti, rüşvətə qurşanma öz vəzifələrindən sui-istifadə hallarını sadalamaq olar. Ölkə başcısı xalqı qarşısında verdiyi bütün sözlərə sadiq qalaraq ədalət prinsipini hər bir məsələdə prioritet hesab edir. Xalqa qarşı etimadı doğrultmayan icra başcıları kimliyindən, statusundan asılı olmayaraq məsuliyyətə cəlb edilir. Buda ölkədə qanunun şah omasından xəbər verir. Bir icra başcısı fəaliyyət göstərdiyi şəhər və ya rayonda xalqın arasında olmalı, xalqın dərdini dinləməli, xalqın dərdinə şərik olmalıdır. Bəzi məsələlərdə dəstək üçün digər instansiyalara müraciət edib məsələnin həlli yollarını tapmalıdır. Əgər sağlam cəmiyyət qurmaq niyyətindəyiksə, o zaman ədalət prinsipini də unutmamalıyıq. Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri yaxından dəstəkləyir xarici və daxili siyasətə qarşı həmrəylik nümayış etdirir. Məhz bu həmrəyliyin nəticəsində Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistana qalib gəldi. Çox sayda şəhid verdik. Qazilərimiz, veteranlarımız dövlət qayğısından məhrum qalmadı. Öz canlarını vətən uğrunda fəda edən şəhidlərimizin ailələrinə dövlət qayğısı şəxsən Müzəffər Liderin nəzarəti və diqqəti altında həyata keçirilir. Prezident İlham Əliyev daim onlarla maraqlanır və öz diqqətini onlardan əsirgəmir. Bütün məmurlar, icra başcıları əgər prezidenti özlərinə örnək alarlarsa o zaman cəmiyyətimiz ən unikal cəmiyyət halına gələr.
Ölkəmizin turizm imkanlarından bəhs edərkən cənab prezident yeni təyin olunmuş başcılara 3 rayon haqqında onların turizm potensialından geniş söhbət açdı. Həqiqətən, istər Masallı istər Lerik və istərsə də Göygöl öz unikal faunası, təbiəti ilə digər rayonlardan seçilir. Bir vaxtlar xalqın üzünə bağlanan Göygöl gölü indi cənab prezidentin tapşırığı ilə insanların istifadəsinə verilib. Minlərlə insan yaz yay aylarında istriahət məqsədi ilə gölə gedərək orada dincəlirlər. Şübhə yoxdur ki, yeni təyin edilən icra başcısı Elvin Paşayev ona göstərilən bu etimadı doğruldacaq. Göygöl rayonu respublikanın turizm sahəsində ən öndə gedən rayonlarından birinə çevriləcək. Bu işdə başda Elvin Paşayev olmaqla digər başcılara da xalqımız naminə uğurlar diləyirik.
Azərbaycanın hər bir rayonunda idarəetmə sistemi tətbiq edilməlidir. Əgər bu sistem tətbiq edilərsə bir çox problemlər aradan qalxar. İctimai nəzarət daim qüvvədə olmalıdır. İcra başcıları xalqla sıx təmasda olmalı onları dinləməli ictimai nəzarətin nəticələrini təhlil etməli və buna uyğun addımlar atmalıdırlar.
Əyyub Cumayev,
YAP Nizami rayon təşkilatının
“Heydər Əliyev prospekti, 142” ƏPT-nin sədr müavini