Azərbaycan hər zaman öz sosial dövlət siyasətinə sadiqdir. İstər I-ci Qarabağ, istərsə də II-ci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün ən vacib məsələlərdəndir. Prezident İlham Əliyev 25 iyul tarixində Masallı, Göygöl və Lerik rayonlarına yeni icra başçılarını təyin edərkən öz çıxışı zamanı Şəhid ailələrinə xüsusi diqqət göstərilməsini qeyd etmişdir. Hal-hazırda əsas prioritet istiqamətinə çevrilən bu xətt möhtərəm dövlətimizin başçısı İlham Əliyevin Prezidentlik fəaliyyəti dövründə daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezidentin həyata keçirdiyi daxili siyasət kursunun əsas meyarıdır. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Prezidentin qeyd etdiyi kimi şəhid ailələrinin və qazilərin daim problemləri ilə maraqlanır, bu problemləri həll edir, daim onlarla bir yerdə olmuşdur.
Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident tərəfindən yüksək dövlət orden və medalları ilə təltif edilib.
Azərbaycan bu şərəfli tarixi dövrdə həm də beynəlxalq müstəvidə haqq döyüşünün mübariz xalqı kimi tanındı. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi nəticəsində 30 illik tarixi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən digər işğalçı qüvvələrə də mesaj oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi!
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi