27 iyul 2022 20:12
1012

Azərbaycan dünyada sabit, təhlükəsiz həyat səviyyəsini təmin etmiş ölkə kimi tanınır

Müstəqillik qazanan Azərbaycan keçid dövründə mövcud olan çətinliklərin öhdəsindən məharətlə gəlib. Bundan sonra iqtisadi inkişaf yoluna qədəm qoyan dövlətimizdə bir-birinin ardınca genişmiqyaslı layihələr gerçəkləşdirilib ki, bu da Azərbaycanın inkişaf strategiyasında öz bəhrəsini göstərib. Məhz bu baxımdan Azərbaycan Respublikasının regionları yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkənin regional baxımdan tarazlı və davamlı inkişafı üçün bu cür imkanı isə heç şübhəsiz, dövlət başçısı cənab İlham Əliyevin 2009-cu il aprelin 14-də təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” yaradır.

Hər birimizə məlumdur ki , dövlətimizin  davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş və müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilir.  Regionda həm iqtisadi inkişafına, həm də dünya dövlətləri arasında nüfuzuna görə lider olan Azərbaycan gündən günə güclənir.

Qürür hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf konsepsiyası dayanmadan inkişaf edir.  Dövlət başçımızın  diqqət və qayğısı sayəsində regionlarımızda məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, səhiyyə müəssiələri yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Hansı ki, hazırda bu obyektlər vətəndaşların istifadəsindədir. 

Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

Azərbaycanın inkişaf yolunda inamla irəliləməsinin digər bir səbəbi də xalqın dövlətimizin başçısına olan etimadıdır. Daim Prezidentimizə sadiqlik nümayiş etdirən Azərbaycan xalqı Vətən müharibəsi zamanı daha da böyük birlik nümayiş edirərək qələbəmizin qazanılmasına  töhfələrini verdilər.  Qalib dövlətin qalib xalqı təbii ki, iqtisadi inkişaf yolunda bundan sonra da  uğurlara  nail olacaq, prezidentimizin rəhbərliyi ilə möhtəşəm proqramların həyata keçirilməsinin şahidi olacağıq!

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi