27 iyul 2022 13:25
952

Öz işini layiqincə yerinə yetirən hər bir məmur xalqın yanında olmalıdır

Son illərin ən böyük kadr islahatlarından sonra artıq Azərbaycanda köhnə, bürokrat məmur təfəkkürünə sahib bütün məmurlar vəzifəsindən azad olunub. Onlar vəzifəyə təyin olunarkən onların qarşısına qoyulan həfəflərə çatmadıqlarına, xalqa biganəliyə görə layiqli şəkildə cəzalandırılıblar. Bütün kadr dəyişikliklərindən sonra Cənab Prezident İlham Əliyev yeni təyin olunan məmurlara bu məsələni xüsusilə bildirib.

Təsadüfi deyik ki, Prezident İlham Əliyev cari ilin 25 iyulunda Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyətlətinin başçılarını vəzifəyə təyin olunmaları münasibətilə qəbul edərkən onlara xalqın yanında, əsasən də əməkçi kütlənin - kənd camaatının yanında olmağı hər bir məmurun vəzifə borcu olduğunu bildirdi və bunu onların qarşısına əsas tapşırıq kimi qoydu.

Nəzərə alsaq ki, bu rayonlarda əhalinin çoxu əsasən kənd əhalisidir. Bu baxımdan icra məmurlarının bütün kəndlərdə, ən ucqar nöqtələrdə olması labüd olur. İcra başçısı yerlərdə dövlətin əsas təmsilçiləridir. Onların xalqın arasında olması, kəndlilərin problemlərini dinləməsi, imkan daxilində həll etməsi dövlət-xalq birliyinin daha da güclənməsinə xidmət edir. Kəndlərin problemlərinin həll olunması, kəndlərin şəhərlərlə paralel inkişafı kənd əhalisini üçün stimula çevrilirir.

Bununla bərabər regionların istehsal gücünün artmasında kənd əhalisinin böyük rolu var. Oların istehsal prosesində iştirakı həm də məşğulluq probleminin öz həllini tapması deməkdir.

Aytən İsmayılova,
Nizami Bələdiyyəsinin əməkdaşı