26 iyul 2022 22:19
11220

Milli sərvətimiz olan ana dilini hər birimiz göz bəbəyi kimi qorumalıyıq

Ulu Öndər Heydər Əliyev: Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm

Tarixin dolanbaclarından,sərt sınaqlarından üzüağ çıxan dilimiz bu gün  dünyanın ən inkişaf etmiş,zəngin dillərindən biridir.Azərbaycan dili ulu babalarımızdan bizə miras qalan milli sərvətimizdir.Bu sərvəti dədə-babalarımız göz bəbəyi kimi qorumuş,klassiklərimiz Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsində əllərindən gələni əsirgəməmiş,tarixi şəxsiyyətlərimiz isə dövlət dili kimi rəsmiləşməsinə,daha da inkişafına qayğı göstərmişlər.Min illər boyu ulu babalarımızın arzusu,istəyi müstəqillik illərində həyata keçmişdir.Ş.M.Xiyabani yazırdı:“Təkcə istəmək kifayət etməz,istəyi həyata keçirmək gərək”.Bu gün müstəqil Azərbaycan dövlətinin dili olan Azərbaycan dilinə istək də var,onun tətbiqi işinin təkmilləşməsinə şərait də.Dilimiz dövlət rəmzlərimiz olan himn,gerb,bayraq kimi müqəddəsdir.Müstəqil dövlətin müqəddəs atributlarına qayğı ilə yanaşmaq hamının borcudur.Xüsusilə,Azərbaycan dilinə qayğıkeşlik göstərməkdə ziyalıların,ədəbiyyatçıların, yazıçıların,dilçilərin daşıdıqları məsuliyyət daha böyükdür.Cəmiyyətin bu təbəqəsi təkcə Azərbaycan dilindən istifadə etmir,həm də onun tətbiqi işinin təkmilləşməsinə,inkişaf etməsinə,lüğət tərkibinin zənginləşməsinə qayğı göstərirlər.

Bir millət sözünü tanımayınca,hüququnu düşünməz.Tanımaq üçün də milli dil,milli məktəb,milli mətbuat,milli ədəbiyyat lazımdır.Bunların da meydana gəlməsi və tərəqqisi bizim üçün hürriyyətə bağlıdır.

Müasir Azərbaycan dili mütəxəssisləri bu qənaətdədir ki,türk dillərinin,o cümlədən Azərbaycan dilinin daxili enerjisinin,potensial gücünün,ifadə imkanlarının və lüğət tərkibinin zənginliyi,qrammatik quruluşunun bütövlüyü və s. xüsusiyyətlər dilimizin assimilyasiyasının qarşısını almışdır.Tarixi həqiqət çox doğru olaraq onunla əsaslandırılır ki,digər türk dilləri kimi Azərbaycan dili də ərəb,fars,Avropa dillərinin təsirinə qarşı müqavimət göstərmiş, müasir inkişaf səviyyəsinə gəlib şatmışdır.Hər bir dilin praktik işlənməsi üçün münbit şəraitlə yanaşı,onun yad təsirlərə qarşı müqavimətli olması da böyük rol oynayır.Belə olmadıqda dil assimilyasiya olunar,gələcək nəsillərə gəlib çatmaz,bu əvəzsiz xəzinədən ulularımızdan bizə miras qalan qiymətli sərvətdən hamı məhrum olardı.Dilimiz ərəb və fars dillərinin təsirinə və təqibinə məruz qalsa da,məğlub olmamış,xalqa məxsusluğunu qoruyub saxlamışdır.Sadəcə şairlərimiz öz dilində deyil,ərəb və fars dillərində yazıb-yaratmağa məcbur olsalar da yazdıqları ilə də ümumtürk mədəniyyətinə,bəşər sivilizasiyasına xidmət etmişlər.Dilimizin daxili potensial imkanları,gücü, enerjisi və müqaviməti yad dillərin mövqeyini üstələyə bilmiş,bununla da dilimiz elm,sənət və ədəbiyyat dili kimi daim hücumçu mövqedə olmuş, qalib gəlmək və yaşamaq haqqına sahib çıxmışdır.Dilimizə yaşam hüququ verən amillərdən biri də bu dilin olduqca həyati olmasıdır.Dünyada yaşayan 50 milyon azərbaycanlı harada olmasından asılı olmayaraq bu dili unutmurlar.Hazırda Cənubi Azərbaycanda yaşayan 30 milyon azərbaycanlı doğma dilində məktəblərin yoxluğuna baxmayaraq,Azərbaycan dilini yaşadırlar,bu dil ilə fəxr edir,bu dil ilə sevinclərini,kədərlərini bölüşürlər.

Ustad Xəlil Rza Ulutürk dünyanın harasında olmasından asılı olmayaraq,xalqın öz dilində təhsil almaq hüququnu müdafiə edir,onu bu hüquqdan məhrum edənlərə nifrətini şair – vətəndaş mövqeyini ortaya qoyurdu:

Danış, xəbərdar eylə Təbrizdəki valini,Dilimə xor baxanın qopardaram dilini.

Azərbaycanın müstəqillik qazanmasıyla bu dilə maraq daha da artıb.Dünyanın onlarla universitetində Azərbaycan dili öyrənilir. ABŞ-ın altı (Şikaqo, Los-Ancelos,Vaşinqton,Nyu-York,San-Fransisko,Harvard)universitetinin proqramında Azərbaycan dili öyrənilir. Azərbaycan dilinə Asiya,Avropa və digər qitə ölkələrində maraq artmaqdadır.

Vətənsevər,yurdsevər insanlara məmləkətin həmişə ehtiyacı olub.Bütün dilləri,bütün xalqları sevmək və həmin xalqların mədəniyyətinə hörmət etmək lazımdır.Lakin bu dil sevgisi, mədəniyyət sevgisi öz xalqının dilinə,milli ruhuna və mədəniyyətinə hörmətdən keçməlidir.   Azərbaycanın ilk Konstitusiyası qəbul olunanda,orada dövlət dili haqqında maddə təsbit edilməmişdi.1937-ci ilin aprel ayında qəbul olunmuş Konstitusiyada da dövlət dili barəsində maddə olmayıbdır.

1956-cı il Konstitusiyasında isə “Azərbaycanın dövlət dili Azərbaycan dilidir”, maddəsi yazılmışdı.1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Azərbaycan dilinin inkişafı dövlət dili kimi onun inkişafına qayğı ümummilli liderimiz Heydər   Əliyevin adıyla bağlıdır.Heydər Əlirza oğlu Əliyevin bu istiqamətdəki rolu, nüfuzu,cəsarəti və apardığı siyasət müstəqil Azərbaycan dövlətinə və onun dövlət dili olan Azərbaycan dilinin adının rəsmiləşməsinə gedən yolun parlaq qığılcımı,bünövrə sütunudur. Əslində müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbiti istər-istəməz 50 milyona  yaxın azərbaycanlının haqqını özünə qaytarmaq,ədaləti bərpa etmək,milli təəssübkeşliyi üstün olan ziyalılarımızın ruhuna hörmət,əməllərinə sədaqət əlamətidir.“Azərbaycan dili dövlət idarələrində”,“Yüksək dil mədəniyyəti uğrunda”,“Azərbaycan ədəbi dilinin bəzi məsələləri haqqında” və s. məqalələr 1950-ci illərdə Azərbaycan ədəbi dili və onun işləkliyi barəsində geniş təsəvvür yaradır.Ümummilli liderimiz Heydər Əliyev uzaqgörənliklə qeyd edirdi ki: “İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə qadirik. Bu, böyük nailiyyətdir. Bu,iqtisadi və başqa nailiyyətlərin hamısından üstün bir nailiyyətdir ki,bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik”. Dilimizin,ədəbiyyatımızın,mədəniyyətimizin inkişafına böyük qayğı göstərən böyük öndər Heydər Əliyevin 1960-cı illərin sonundan başlayaraq, sistemli, ardıcıl milli dil siyasəti aparmışdır. Böyük öndər Heydər Əliyevin ideyaları fundamental əsaslarda, konseptual genişlikdə azərbaycançılıq məfkurəsinin bel sütunudur,hərəkətverici beyin mərkəzidir.

Hansı qiyafədə təzahür edirsə,etsin  mahiyyəti etibarı ilə bir türk dövləti olan Rusiya SSRİ dövlətçilik təfəkkürü zəif rus-slavyan xadimləri tərəfindən heç zaman normal idarə edilə bilməmişdir.Türklər isə XVII əsrdən etibarən yüksək idarəçiliyə,demək olar ki,buraxılmamışlar.Ona görə də rus-slavyanlarla  qeyri-türklər arasında həmişə nə isə bir yaxınlaşma,dövlət idarəçiliyində qarşılıqlı münasibət,qeyri-rəsmi saziş özünü göstərmişdir.Heydər Əliyev öz böyük türk ağlı ilə bunları görürdü.Və əslində çox şeyləri görürdü.Sovet türklüyü kommunizm bayrağı altında taktiki hərəkət qabiliyyətini bütünlüklə itirmişdi,rus-slavyan düşüncəsi bir kənddə qurduğu kommunizmi – kolxozu bütöv bir ölkədə qurmağa şalışırdı,azsaylı (lakin şevik) xalqlar kosmopolit mühitdə sərbəst hərəkət edir,arabir donquldanan rus ayısını sığallayırdılar ki, onları qapmasın.70-ci illərin sonu 80-ci illərin əvvəllərində İKP MK-nın Siyasi Bürosunda  üç türk vardı: Dinmühəmməd Kunayev (qazax), Şərəf Rəşidov (özbək) və əlli yaşlarında olan Heydər Əliyev.Zaman bu türklərdən üçüncüsünü tədricən ön mövqeyə – ruslarla təkbaşına mübarizə meydanına çıxardı.Ötən onilliklər sübut etdi ki,ulu öndər Heydər Əliyev o mübarizə meydanında cəsarətlə döyüşdü və mənən qalib gəldi.Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul plenumunda respublikanın rəhbəri seçilən Heydər Əliyevin gündəlik fəaliyyətində,ümummilli siyasi xəttində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu.Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinə, xalq dilinin incəliklərinə,xalqımızın minillik ədəbi,bədii və fəlsəfi təfəkkür tərzinə, eyni zamanda sərt məntiqinə məhəbbətlə böyümüş bir azərbaycanlı kimi dilimizin psixoloji gücünü, mənəvi enerjisini mənimsəmiş böyük lider idi.1969-da Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli iclası böyük öndər Heydər Əliyev Azərbaycan dilində açdı və bu  dildə parlaq bir nitq söylədi.Müstəqil Azərbaycanın Prezidenti ikən ümummilli lider Heydər Əliyev BDU-nun 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli yada saldı:“Xatirimdədir,universitetin 50 illik yubileyində şıxış edərkən,şübhəsiz ki,öz ana dilimdə,Azərbaycan dilində danışdım.Bu,böyük sensasiya kimi qəbul olundu – nə cür olur ki,respublikanın rəhbəri,Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır.Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər,minnətdarlıqlarını bildirdilər.Dilini sevən,milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər.”

Böyük öndər Heydər Əliyev ümumrespublika tədbirlərində Azərbaycan dilində danışmaqdan çəkinmirdi,neçə illər ərzində küncə sıxışdırılan dilimizin sabahına işıq salır,cəsarəti,şəxsi nümunəsi ilə milyonlarla insanın ürəyindən keçənlərin ifadəçisinə çevrilir,haqq sözü deyir, dilimizin ən ali mərtəbəyə layiq olduğunu bəyan edirdi.70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən,respublika rəhbəri Heydər Əliyev özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə,Konstitusiyada 73-cü maddə – “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu.1995-ci il oktyabrın 31-də Azərbaycan Elmlər Akademiyasında keçirilən ümumrespublika müzakirəsində böyük öndər Heydər Əliyev o gərgin mübarizəni və qələbəni bir daha yada salacaqdı.70-ci illəri Azərbaycan dili və milli dilçilik elmimizlə bağlı itirilənlərin bərpası,səhvlərin,saxtakarlıqların düzəlişi dövrü oldu.70-ci illərdə Bakı yenidən dünya türkologiya elminin mərkəzinə çevrildi.Böyük öndər Heydər Əliyev bunu yüksək qiymətləndirərək deyirdi:“Azərbaycanda türkologiya da çox inkişaf edibdir. Təsadüfi deyildir ki,Sovetlər İttifaqında buraxılan yeganə “Türkologiya” jurnalı Azərbaycanda nəşr edilirdi.”Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dördcildlik “Müasir Azərbaycan dili”dərsliyinə Dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının parlaq təzahürü idi.Heydər Əliyev sənət adamlarının,yazıçı və şairlərin böyük dostu idi.60-cı illərdə “Gülüstan” poemasına görə Bəxtiyar Vahabzadəni siyasi təqiblərdən qoruması,Xəlil Rza Ulutürkə,Məmməd Araza,digər Azərbaycan yazıçılarına,qayğı göstərməsi,neçə-neçə ustad sənətkarlarımıza SSRİ-nin ən böyük mükafatlarını,fəxri adlarını təqdim etməsi əslində ilk növbədə Azərbaycan dilinə,Azərbaycan ədəbiyyatına göstərilən böyük qayğının parlaq təzahürü idi.

Azərbaycanda təxminən 30-cu, 40-cı, 50-ci illərdə, hətta 60-cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi.Azərbaycan dilinin inkişaf etməsi,zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü.Ancaq bunların hamısına baxmayaraq,bizim yazıçılarımız, şairlərimiz,ədəbiyyatşünaslarımız,dilçi alimlərimiz öz işlərini görürdülər.1978-ci ildə qəbul olunan konstitusiya haqqında danışarkən ulu öndər o günləri belə xatırlayırdı:“Xatirimdədir,o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu.Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım xatirimdədir.O, buna çox etiraz edirdi,belə əsaslandırırdı ki,siz belə yazdığınız halda, gərək biz də yazaq ki,Ukraynanın dövlət dili Ukrayna dilidir.Mən ona dedim ki,sizə heş kəs mane olmur.Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi şəkiniz bizimkindən qat-qat artıqdır.Siz istəsəniz,bunu yaza bilərsiniz.Ancaq siz nə üşün bizə mane olursunuz.Ancaq biz buna nail olduq.Hesab edirəm ki,bu o dövrdə,o zamanın şəraitində respublikamızda,ümumiyyətlə,ölkəmizin tarixində çox böyük hadisə oldu.”

Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur.Bu siyasət,hər şeydən öncə,demokratiklik prinsipinə əsaslanır.Bu demokratiklik isə,birinci növbədə hər bir məsələnin həllində xalqın,o cümlədən geniş ziyalı kütləsinin rəyinin nəzərə alınması zəminində yaranması ilə əlamətdardır.Heydər Əliyevin dil siyasətinin əsaslandığı prinsiplərdən biri də dəqiqlik,uzaqgörənlikdir.Bütün sahələrdə olduğu kimi,dil siyasətində də o,qlobal məqsədləri əsas götürür və hər hansı bir məsələnin həllində onun bütün cəhətlərini,keçmişini,bu gününü, gələcəyini nəzərə alaraq,həll olunmasına qərar verir.Hər bir məsələni hərtərəfli götür-qoy etmək,dərindən araşdırmaq,xeyir və zərərini dəqiq müəyyənləşdirmək Heydər Əliyevin dil siyasətinin mahiyyətini təşkil edir.Heydər Əliyevin dil siyasətinin əsaslandırdığı prinsiplərdən biri də dillə bağlı bütün məsələlərə münasibətdə obyektivlikdir.Obyektivlik dil siyasətində məsələnin qıy-qışqırıqsız,hissiyyata qapılmadan, təmkinlə və ən vacibi,qanunların aliliyinə hörmətlə həll edilməsidir.

   XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir.Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi,ana dilimizin inkişafı,tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin fərmanları,sərəncamları,habelə digər hüquqi-normativ aktlar,qanunlar,dilimizin daha da inkişafı üşün əlverişli şərait yaradır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə qurulmasına da geniş imkan və perspektivlər açır.1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında (21-ci maddə) Azərbaycan dili dövlət dili kimi təsbit olundu.Bütün bunların həyata keçirilməsində Böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi,əhəmiyyəti vardır.Mədəniyyətimizə,incəsənətimizə,dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir.Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki,dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu,zənginliklərini, incəliklərini və s.Müstəqillik illərində də böyük öndər Heydər Əliyev Azərbaycan dilinə,ədəbiyyatına,mədəniyyətinə böyük qayğı göstərirdi.Türk dünyası yazıçılarının 1996-cı il noyabrın 6-da keçirilmiş III qurultayında:Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir,bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin,ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm.Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir – deyirdi böyük öndər Heydər Əliyev.

Müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı sayəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı,onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu,zəngin söz fondu,geniş ifadə imkanları,mükəmməl əlifbası,yüksək səviyyəli yazı normaları vardır.Hazırda ölkəmizdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.Azərbaycan dilinin ən geniş işləndiyi sahələrdən biri təhsil sahəsidir.Azərbaycan dilinin təhsil sahəsində işlənməsi barədə “Dövlət dili haqqında” Azərbaycan Respublikamızın Qanununda (5-ci maddə) yazılır:

“5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir”.

Dilimizin inkişafında Heydər Əliyev qayğısının parlaq təzahürü olan fərman və sərəncamlar o cümlədən,Azərbaycan dili Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin fərmanı (09.08.2001) Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (30.IX.2002) Azərbaycan Respublikasının dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə.Azərbaycan Respublikası prezidentinin fərmanı (02.01.2003) Azərbaycan Milli Elmlər Akademiyasının statusu haqqında.Azərbaycan Respublikası prezidentinin Fərmanı (04.01.2003) Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında.Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004) Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında.Azərbaycan Respublikası prezidentinin sərəncamı (12.01.2004) və habelə dil və təhsil quruculuğu ilə əlaqədar olan normativ sənədlər,aktlar,təlimatlar və metodik göstərişlərdən irəli gələn tələblər ali məktəblərin fəaliyyətində və təcrübi işlərində də geniş şəkildə tətbiq edilir.Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında, Azərbaycan Respublikası prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanında deyilir:On ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında,yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram.Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilsin.

Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər  Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir:Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır.Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların,təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.Dil öz daxili qanunları əsasında inkişaf edirsə də,onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.Bütün xalqlarda olduğu kimi,Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş,onun taleyini yaşamış,üzləşdiyi problemlərlə qarşılaşmışdır.O,xalqın ən ağır günlərində belə onun milli mənliyini,xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir,böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,daim qayğı ilə əhatə etməlidir.Bu,onun müqəddəs vətəndaşlıq borcudur.

Orxan İsmayılov, 
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi, 
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü