25 iyul 2022 11:00
946

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə  münasibətlərində yeni reallıqlar

Prezident İlham Əliyevin Avropa Komissiyasının xanım Prezidenti Ursula Fon der Lyayen və Avropa İttifaqının nümayəndə heyəti ilə iyulun 18-də keçirdiyi görüşlərin nəticəsini əks etdirən Bəyanat yeni formatda qarşılıqlı maraq doğuran məsələlərin geniş və əhatəli müzakirəsinin keçirildiyini göstərdi. Azərbaycan və Avropa İttifaqı arasında 15 ildən artıq fəal enerji əməkdaşlığı Azərbaycanın səmərəli nəticələrə nail olan etibarlı tərəfdaşdır olduğunu sübut etdi. Bir zamanlar atılan ilk addımlar tarixi vəzifələrin yerinə yetiriləcəyinə ümid yaradırdı. Bu 2006-cı ildə imzalanan Anlaşma Memorandumu, 2011-ci ildə Cənubi Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə və hazırkı görüşün nəticəsi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu strategiyanın yüksələn xətt üzrə inkişafının uğurlu nəticələri kimi qiymətləndirilməlidir.

Siyasi baxımdan isə Azərbaycanın enerji tərəfdaşları ilə əməkdaşlığı Avro-Asiya inteqrasiya prosesinə nə qədər tövhə verdiyini dərindən təhlil etmək bu gün mühüm əhəmiyyət kəsb edir. Çünki, hazırkı nəticələr enerji resurslarının səmərəsindən yaranan inteqrasiyanın bütün sahələrə etdiyi əsaslı təsir imkanlarından ibarətdir.  Prezident İlham Əliyev tarixi nitqində bildirdi ki, “enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir”.  Bu tarixi fikir onu göstərir ki, əməkdaşlığın siyasi-iqtisadi- qlobal miqyası enerji əməkdaşlığının və enerji təhlükəsizliyinin prioritetini müəyyənləşdirməkdədir. Bu həm də dünyada nəzarətsiz zonalarda, sabitliyin pozulmasına və işğalla üz-üzə qalmış bölgələrdə real vəziyyətin qiymətləndirilməsinə şərait yaradır.

Bu baxımdan işğaldan azad olunmuş ərazilərimizdə enerji təminatının həyata keçirilməsində birgə əməkdaşlıq da məsələnin çox vacib tərəflərindəndir.  Beləliklə, Azərbaycanın coğrafi mövqeyinin  və strateji imkanlarının miqyası onu göstərir ki, əməkdaşlıq partnyorlarımızla birgə səylər bütün sahələrdəki inkişafın yeganə meyarıdır. Bu inkişafın səmərələliyi Azərbaycanın  etibarını qazanmış tərəfdaşlarımızın reallıqlara  obyektiv yanaşması ilə bilavasitə bağlıdır.  Görüş zamanı Avropa İttifaqının xanım prezidenti Ursula Fon der Lyayenin  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə xitabən söylədiyi aşağıdakı fikirləri də bu istiqamətdə əməkdaşlığa verilən önəmun ifadəsi kimi qiymətləndirmək mümkündür.  “Cənab prezident Avropa İttifaqı Sizin regionla sıx bağlıdır. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək.

Sənan Həsənov,

YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent