22 iyul 2022 16:27
766

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu son dərəcə mühümdür

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu son dərəcə mühümdür və xüsusilə qlobal beynəlxalq siyasi nizamın hazırkı mərhələsində getdikcə artmaqdadır. Məhz 18 iyul tarixində Bakıda keçirilənAvropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanması gedən bütün proseslerə yeni qədəm qoyur. Keçirilən geniş tərkibli görüşdə memorandumun imzalanması tarixi bir sənəd olaraq böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.

Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi sahəsində olan əməkdaşlıq ölkəmiz üçün,ümumilikdə Avropa üçün əsas rol oynayır.Hər kəsə məlumdur ki, Azərbaycan ilə Avropa Komissiyası arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəmizin mövcud bərpaolunan enerji istehsalı potensialı yüksək olduğundan, gələcəkdə enerjidən istifadə də daha çox qaz ixracını təmin edə biləcək.

Enerji sahəsində əməkdaşlıq əlaqələrinın mövcudluğu və inkişafı  Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.Məhz onun düşünülmüş siyasətidir ki, bu gün Azərbaycan Respublikası Avropa İttifaqında güvən, etibar, nüfuz sahibidir. Bu əməkdaşlığın əsasında ölkəmizin qüdrəti ilə yanaşı, ölkə başçısının şəxsi nüfuzuda əsas rol oynayır.

Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropa İttifaqının dəstəyi ilə Avropanın enerji xəritəsini tamamilə dəyişir. Əminliklə deyə bilərik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi