22 iyul 2022 21:05
790

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir

Müstəqil Azərbaycan dövlətinin xarici siyasət strategiyasının banisi olan Ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə  olduğu kimi ölkəmizin enerji sahəsində də böyük uğurlar əldə etməsində misilsiz xidmətləri olmuşdur və ölkəmizin dünya bazarlarına inteqrasiyasının təməlini qoymuşdur.

1994-cü il sentyabrın 20-də dünyanın qabaqcıl neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsini nəzərdə tutan və tarixdə “Əsrin müqaviləsi” adını almış Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni səhifə açdı.

1999-cu ildə istismara verilmiş Qərb ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu.

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə  davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici dövlət strategiyası nəticəsində Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər gündən günə yeni uğurlu mərhələlərə qədəm qoyur.

Məhz ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin bütün istiqamətlərdə inkişafın və tərəqqisinin əsasını təşkil edir.

Azərbaycan bölgədə və regionda etibarlı tərəfdaş kimi böyük potensiala malik olan bir dövlətdir və Beynəlxalq müstəvidə kifayət qədər nüfuz sahibi olan bir ölkədir.

Eyni zamanda  vurğulamaq lazımdır ki, Azərbaycan Avropa İttifaqı  ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. 

Məlum olduğu kimi  iyulun 18-də  Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandum”  çox önəmli əhəmiyyət kəsb edir və tarixi hadisə Azərbaycan diplomatiyasının növbəti bir uğurudur.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir və  etibarlı tərəfdaşlıq prinsiplərinə sadiq bir dövlətdir.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri