21 iyul 2022 22:38
625

Azərbaycanda bərpaolunan enerji istehsalı potensialı yüksək dəyərləndirilir

Cənab Prezident İlham Əliyevin Rəhbərliyi altında Azərbaycan tam müstəqil siyasət aparır. Dünya dövlətləri və nüfuzlu  beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlərə üstünlük verilir və yalnız dövlət maraqlarına uyğun olan əlaqələrin qurulması istiqamətində davamlı iş aparılır. Aparılan ardıcıl və məqsədyönlü siyasət sayəsində 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın erməni silahlı birləşmələrinin işğalı altında olan torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğalçı Ermənistana tutarlı cavab verməklə əldə olunan qələbəmiz dünya dövlətləri arasında Azərbaycanın nüfuzunu daha da artırdı və eyni zamanda yeni reallıqlar yaratdı.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, sərgilədiyi müstəqil siyasət, malik olduğu təbii resurslar və dünyada mövcud olan hərbi, siyasi və iqtisadi reallıqlar Azərbaycana olan marağı artırır. Köhnə qitə adlandırılan, inkişaf etmiş dövlətlərin yerləşdiyi Avropa ilə Azərbaycan arasında münasibətlər getdikcə dərinləşir. Avropa dövlətləri və Avropada mövcud  olan nüfuzlu beynəlxalq təşkilatlarla təmaslar davamlı olaraq yüksələn xətlə inkişaf edir.  Müstəqil dövlət siyasəti sərgiləyən ölkəmiz də Avropa dövlətləri  və müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır və bu respublikamıza əlavə dvidentlər  gətirir.  Milli və dövlət maraqlarını hər şeydən üstün tutan cənab Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqe ortaya qoyaraq Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı dərinləşdirmək  istiqamətində ardıcıl siyasət həyata keçirir.  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, səfər çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında Memarandumun imzalanması tərəflərin bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu təsdiq edir. Cənab Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatlarında  əlaqələrin inkişafında tərəflərin nə qədər maraqlı olduqları özünü açıq şəkildə göstərdi. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Memarandum tərəflər arasında əlaqələri daha da dərinləşdirməklə yanaşı respublikamızın inkişafı üçün yeni imkanlar yaradır və eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu müstəsna dərəcədə artırır. 2027-ci ilə Azərbaycandan Avropaya nəql ediləcək təbii qazın həcminin 2 dəfə artıraraq 20 milyard kub metrə çatdırılması nəzərdə tutulmuşdur. Gələcəkdə Orta Asiya türk dövlətlərinin bu xətt üzrə Azərbaycandan Avropaya nəql edilməsi hesabına da ölkəmiz əlavə iqtisadi imkanlar əldə edəcək və tranzit dövlət statusunu  daha da genişləndirə biləcəkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunmuş mühüm kommunikasiya və loqistika  layihələri  Azərbaycanı tranzit ölkəyə çevirməyə imkan verir.

Avropa Komissiyası ilə imzalanmış Memarandum  Azərbaycana yeni elmi nəaliyyətlərin,  mütərəqqi texnelogiyaların gətirilməsinə də müsbət təsir göstərəcək. Cənab Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə birgə keçirdiyi tədbirdə Azərbaycanın malik olduğu alternativ bərpaolunan enerji resurslarından danışaraq  gələcəkdə bu resurslardan istifadə imkanlarından bəhs etdi.  O vurğuladı ki, Azərbaycanın iqlim şəraiti günəş və külək enerjisindən istifadə üçün əlverişlidir. Artıq Azərbaycanda günəş və külək enerjisindən istifadə olunmağa başlanılmışdır. Qarabağda bərpa və yenidənqurma prosesində bu tipli layihələrə üstünlük veriləcək.

Əlbətdə bərpa olunan enerji mənbələrindən istifadənin bir çox üstünlükləri vardır. Birincisi bu tüənməz enerji mənbəyidir, ekoloji cəhətdən təmizdir, yeni elmi texnolagiyaya əsaslanır, nəhayət təbii qazdan istifadəni aradan qaldırır və nəhayət Azərbaycanın təbii qazının ixrac potensialını artırır.

Beləliklə qeyd edə bilərik ki, bərpa olunan enerji mənbələrindən istifadə respublikamız üçün əlavə imkanlar yaradacaqdır. 

Vahid Əliyev,

YAP Xocalı rayon təşkilatının sədri