Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib.Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra region və dünya üçün əhəmiyyətli olan bir sıra layihələrin reallaşmasında həlledici rol oynamışdır.Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir.
Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri ölkənin beynəlxalq nüfuzundan xəbər verir.Xüsusən regionda yaranan yeni vəziyyət Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı daha da sıxlaşdırıb.Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir.
Dünyanın nüfuzlu dövlətlərinin yüksək rütbəli rəsmilərinin və beynəlxalq aləmdə tanınmış, məşhur şəxslərin dilindən dövlətimizin qüdrəti, onun bölgədəki rolu haqda səslənən fikirlər isə hər birimizdə fəxarət hissi yaradır. İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”da bir daha təsdiq edir ki,dövlətimiz beynəlxalq aləmdə söz və nüfuz sahibidir.
Bu gün heç kimə sirr deyil ki, Avropa öz enerji təhlükəsizliyinin təminatında Azərbaycana xüsusi önəm verir. Azərbaycan həm hasilatçı, həm tranzit ölkə baxımından əhəmiyyətli tərəfdaşdır. Çünki bu gün Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin sərbəst ticarət münasibətləri qurmasına münbit şərait yaradan dövlətlərdən biridir. Azərbaycan-Avropa İttifaqı gündəliyi çox genişdir və güclü siyasi təmaslar əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Azərbaycanın hədəfi 2030-cu ilə qədər bərpa olunan enerjinin ümumi balansdakı payını ən azı 30 faizə çatdırmaqdır. Bu isə Avropa istehlakçıları üçün bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjinin cəlbediciliyini artıracaq. Hazırda Azərbaycan bu istiqamətdə işləyir və proseslər dövlətimizin düzgün yolda olduğunu göstərir.
Əminliklə deyə bilərik ki,prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.Daxili və xarici siyasətin bütün məqamlarının zərgər dəqiqliyi ilə həyata keçirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə,xalqın sosial həyat səviyyəsinin yüksəlməsinə, bir sözlə, hüquqi, demokratik dövlət quruculuğuna xidmət edir.Günümüzün bu reallığı beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir və bir daha aydın olur ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur.
Təvəkkül Əliyev,
YAP Şuşa rayon təşkilatının sədri