Azərbaycan başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Son zamanlar Azərbaycan özününün beynalxalq əlaqələrini uğurla inkişaf etdirir. Buna sübüt olaraq iyulun 18-də Avropa İttifaqı ilə imzalanan strateji tərəfdaşlıq haqqında anlaşma memorandumudur.
Hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyev təşəbbüsü ilə “Əsrin müqaviləsi”-nin imzalanması ilə Azərbaycan dövlətinin enerji sahəsində inkişafın təməli qoyulmuşdur. Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsində bügün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır.
Azərbaycan enerji sahəsində Avropa İttifaqı ilə 15 ildən artıqdır ki, əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyevin xarici siyəsətin uğuru kimi, 2006-ci ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənədlər imzalanmışdı. Bu gün ölkəmiz öz maraqlarını birmənalı şəkildə həyata keçirmək qüdrətində olmaqla bərabər dost dövlətlərə də himayədarlıq etmək gücündədir. Belə bir qüdrətin mənbəyi isə düzgün və dəqiq xarici kurs yürüdən Azərbaycan Respublikasının Prezidentinin nüfuzudur.
Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan bəyanatdə bir çox sahələr, neft, qaz və bərpaolunan enerji məmbələri haqqında anlaşmalar imzalanmışdır. Ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilib. Bildiyiniz kimi, Avropa Birliyi 2050-ci ilə qədər bərpa olunan su, külək və günəş enerji məmbələrinə üstünlük vermək istəyir və bu sahədə Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevrilə bilər.
Avropa İttifaqı Cənub Qaz Dəhlizini vacib təchizat marşrutu hesab edir və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Yeni mərhələdə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. Əsas hədəf kimi 2027-ci ilə kimi Aİ-ə ən azı illik 20 milyard kubmetr qazın ixrac edilməsi götürülür. Gələn ildən artıq 12 milyard kubmetr qaz alacaq Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə kimi baxır. Beləliklə, imzalanmış memorandum həm Avropanın enerji təhlükəsizliyinə vacib töhvə verəcək, həmdə ölkəmizin iqtisadiyyəti dahada sürətli inkişaf edəcək.
Emin Rəhimov,
“Məişət Maye Qaz” QSC-nin layihəçi mühəndisi