21 iyul 2022 19:08
649

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen  18 iyul 2022-ci il tarixində mətbuata  bəyanatlarla çıxış ediblər. Bəyanatlarda  Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əlaqələri əhatə edən bir çox mühüm məsələlərə toxunulub. 

Cənab Prezident qeyd edib ki,  görüş çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memoranumu imzalandı.  Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.

Enerji təhlükəsizliyi məsələlərindən danışan cənab Prezident  bu gün bu məsələlərin heç zaman olmadığı qədər vacibliyini bildirmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğunun  böyük əhəmiyyətə malik olduğu qeyd olunmuşdur.

Bəyanatda  Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun mövcudluğu, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialın Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirildiy və  külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlandığı qeyd olunub.

Avropa Komisiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin  Bəyanatında  Anlaşma  Memorandumuna yüksəl qiymət verilmiş və Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan əlaqələr və perespektivlər   barədə fikir söylənmişdir. Anlaçma Memorandumun əhəmiyyətindən danışan xanım Prezident Ursula Fon der Lyayen bildirmişdir ki,  bu  Anlaşma  Memorandumu  Avropa İttifaqı ilə  Azərbaycan arasında enerji tərəfdaşlığını daha da gecləndirəcək. Avropa İttifaqı  bu Memoradum vasitəsi ilə  Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik gotürür.  Memorandumda ikinci mühüm məqam kimi  bərpaolunan enerji qeyd olunmuşdur. Xüsusilə Xəzər dənizinin külək enerjisi və  “yaşıl” hidrogenin əhəmiyyəti qeyd olunub.  Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlığın təməlinin qoyulduğu bildirilmişdir. Qaz sahəsindəki əməkdaşlığa böyük əhəmiyyət veridiyi qeyd olunmuşdur.

Ümumilikdə  Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyevin və  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatları göstərir ki,  Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və bu münasibətlər yüksələn xətlə inkişaf edir.

Rauf Əliyev,

Milli  Məclisin deputatı