20 iyul 2022 17:40
884

Azərbaycan və Avropa İttifaqı arasında imzalanan sonuncu sənədi tarixi nəaliyyətimiz kimi qiymətləndirmək olar

Avropa İttifaqı ilə imzalanan memorandum bizim üçün əməkdaşlığı gücləndirmək baxımından, Aİ üçün isə Rusiya qazından asılılığı minimuma endirmək baxımından çox əhəmiyyətlidir. Məlumdur ki, Avropa İttifaqı özünün qaza olan tələbatını idxalla ödəyir. Bu tələbatın da böyük faizini rus qazı təşkil edir. Rusiya ilə hazırki kəskinləşən münasibətlərdən sonra Aİ qarşısında əsas məqsəd rus qazının asılılığından qurtulmaqdır.

Bu məqsədlə Aİ üçün etibarlı tərəfdaşlar lazımdır. Zəngin enerji potensialına sahib olan Azərbaycan onlar üçün bu baxımdan ən doğru seçimdir. Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidenti Ursula Von der Leyen özünün açıqlamasında Azərbaycanı etibarlı tərəfdaş adlandırıb və əməkdaşlıq üçün minnətdarlığını bildirib.

Təsəvvür edin ki, bu müqavilədən sonra Azərbaycan Avropanın qaz tədarükünü ödəyən ikinci, üçüncü ölkələrdən biri olacaq. Birinci mərhələdə 12 milyard, növbəti illərdə isə bu rəqəmin 20 milyard kub metr olması Avropanın qaz tədarükünə həyati əhəmiyyətli təsir göstərəcək.

Bütün bunlar isə təbii ki, bizim də maraqlarımıza uyğun düşünülüb. Ölkə başçımız hər zaman strateji əhəmiyyətli layihələrdə dövlət və milli maraqlarımızı əsas götürmüşdür.

Bu tip memorandom siyasi münasibətlərin tənzimlənməsində də xüsusi əhəmiyyəti var. Belə ki, sonrakı mərhələdə başqa ölkələrdəmən  qaz nəqli üçün, enerji daşıyıcılığı üçün Azərbaycan ərazisinin tranzit imkanlarından istifadə etmək lazım gələcək. Bu isə artıq kontingentdə hər iki qitənin əsas güclərini bizimlə yaxınlaşmağa məcbur edəcək.

Bir sözlə bütün bunlar bizim üçün böyük tarixi nəaliyyətdir və artan nüfuzumuzun möhkəmlənməsinə xidmət edir.

Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi