20 iyul 2022 17:51
816

Türk Dövlətləri Təşkilatı nüfuzlu beynəlxalq təşkilata çevrilir

Prezident İlham Əliyevin sədrliyi ilə 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi ölkəmiz xarici siyasət sahəsində mühüm addımlar atmış və ölkələr arasında böyük nüfuza sahib olmuşdur.

Beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq,  ölkələr arasında təmaslar bunun bariz nümunəsidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan dövləti qonşu dövlətlərlə qarşılıqlı əlaqələr qurur, ədalətlilik və humanizm prinsiplərini əsas prioritetlərdən biri hesab edir.Türk dövlətləri ilə əməkdaşlıq beynəlxalq dəstək üçün önəmli bir platformadır.Türk Dövlətləri Təşkilatı çərçivəsində türkdilli dövlətlərin dövlət başçılarının ölkəmizə səfərləri və görüşləri fəal surətdə inkişaf edir, layihələr üzərində müzakirələr aparılır, siyasi dəstək qarşılıqlı şəkildə inkişaf etdirilir. Nəqliyyat,energetika sahələri üzrə əməkdaşlıq edilir. Türk şirkətlərinin işğaldan azad olunmuş torpaqlarda enerji təhlükəsizliyi sahəsində gördüyü işlər təqdirəlayiqdir. Bu əlaqələrin çox böyük tarixi əhəmiyyəti var.

Xarici siyasət sahəsində önəmli addımlardan biri də Qoşulmama Hərəkatına Ali Baş komandan İlham Əliyevin sədrlik etməsidir. Hərəkata sədrlik illərində dövlət başçısına inam daha da artmış, çox böyük nüfuz sahibi olmuşdur. Bu nailiyyətlər hər bir Azərbaycan vətəndaşını qürurlandırır və daha böyük uğurlara ruhlandırır.

Azərbaycan hər zaman öz sözünə sadiq bir ölkədir. Bizim üçün beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təklif və ideyalar qəbuledilən məsələlərdəndir.

Gülsüm Nəsibova, 
Bakı şəhəri, Xətai rayon, 86 saylı tam orta məktəbin ibtidai sinif müəllimi