20 iyul 2022 11:54
15627

Azərbaycan dürüst siyasi duruşa malik bir dövlət olduğunu beynəlxalq ictimaiyyətə artıq isbat edib

Prezident İlham Əliyev 2022-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş 15 iyul tarixli müşavirəsindəki çıxışında bir çox xüsusi məqamlara toxunaraq istər Beynəlxalq ictimaiyyətə istərsədə Azərbaycan Respublikası Mərkəzi İcra Hakimmiyyəti orqanlarına, xalqa və digər maraqlı tərəflərə məlumatlandırıcı və gələcək yönümlü prespektivlər haqqında mesajlar verdi.

Bunu bilməliyik ki, Azərbaycan Respublikası hər zaman iqtisadi müstəqilliyi siyasi müstəqilliyin təməl daşı hesab edərək, öz prioritetlərini məyyənləşdirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası bütün sahələrdəki ehtiyaclarını (beynəlxalq layihələrin icrası istisna olmaqla) heç bir dövlətdən yardım almadan daxili imkanları hesabına həyata keçirir. Təbii olaraq, burada xarici əlaqələr, Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, neft və qeyri-neft sahələrinin iqtisadi inkişafı, dövlətin turizim siyasətində proqresiv addımların atılması, investorlar üçün Azərbaycanda etibarlı iş mühitinin formalaşdırılması, kölgə iqtisadiyyatına xidmət edən məmurların işlərindən uzaqlaşdırılması, kadr potensialının yüksəldilməsi, gənc və innovativ kadırların işlərə daha çox cəlb edilməsi, gənclərin xaricdə təhsili üçün dövlət dəstəyinin yaradılması və s. kimi spesifik məqamlar xüsusi rol oynamaqdadır.

Azərbaycan Respublikası hər zaman beynəlxalq müstəvidə imkan dairəsi çərçivəsində müxtəlif humanitar yardımlar etməyi öz sosial siyasətinin ayrılmaz bir parçası olaraq qəbul etmişdir. İstər COVID-19 pandemiyası dövründə istərsədə ondan öncə tibbi ləvazimatların təminatı, təhsil ocaqlarının və dini mərkəzlərin restorasiyası və ya yenidən inşası, maliyyə yardımları və s. kimi məsələlərlə müxtəlif dövlətlərdə öz humanitar addımları ilə tarixə imza atmışdır.

Bu kimi addımlar, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikasının humanitar, sülh və əməkdaşlıq maraqlarının onun iqtisadi və siyasi maraqlarının önündə olduğu beynəlxalq ictimaiyyətdə layiqincə tərənnüm etdirilmişdir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Qoşulmama Hərakatına daxil olduğu qısa müddət olmasına baxmayaraq, 2016-cı ildə Hərəkat üzvlərinin yekdil dəstəyi ilə 2019-2022-ci illər üçün XVIII Zirvə toplantısından etibarən bu hərəkata ev sahibliyi və sədrlik etməkdədir və bu ildən etibarən müddət 2023-cü ilə qədər yenidən uzadılmışdır. Bu, Azərbaycan Respublikası üçün böyük etimad və düzgün siyasətin nəticəsi kimi qiymətləndirilməkdədir.  

Azərbaycan Respublikası həmçinin çoxşaxəli siyasətini həyata keçirərkən qonşu dövlətlərlə, Türk Dövlətləri Təşkilatı ilə, İslam Əməkdaşlıq Təşkilatı ilə və Avropa İttifaqı ilə hüquqi, iqtisadi, siyasi və sosial çərçivədə öz əməkdaşlığını geniş şəkildə həyata keçirməkdədir. Bu əməkdaşlıqlar istər gələcək prespektivdə istərsədə beynəlxalq nüfuzun artırılmasında dövlətimizə öz tövhəsini keçmişdən bu günə verməyə davam etməkdədir.

Bildirilən bu məqamların icrası bizlərə sübut edir ki, Azərbaycan dürüst siyasi duruşa malik bir dövlət olduğunu beynəlxalq ictimaiyyətə artıq isbat edib!

Elmir Məmmədli, 
AMEA, NKPİ, 14 nömrəli, Neft və neft emalı məhsullarının standartlaşdırılması və metrologiyası labaratoriyasının baş mütəxəssisi