20 iyul 2022 11:57
570

Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır

Müstəqil enerji diplomatiyası nəinki respublikanın və bölgənin, həm də Avropanın enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayır. “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləm üçün geosiyasi və geoiqtisadi dəyər ölçülərini xeyli artırdı, regional və beynəlxalq perspektivini yüksəltdi, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə və milli inkişafına ciddi təsir göstərdi. Respublkianın təhlükəsizliyinin, dinamik inkişafının və gələcək tərəqqisinin möhkəm təməli qoyuldu. Aparılan ardıcıl neft siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində qərb dünyasının Azərbaycana olan etimadı artdı. Aparıcı dünya dövlətləri ilə Azərbaycan arasında olan qarşılıqlı etimad və tərəfdaşlıq əlaqələri dərinləşdi. Bu əlaqələr hazırda daha çox bərpaolunan enerji layihələri ilə daha da güclənib. Hazırda bu əlaqələr çərçivəsində Azərbaycana bir çox ölkələrdən xarici investorlar cəlb olunub. Bunun bir səbəbi bizim etibarlı tərəfdaş olmağımızdırsa, digər səbəbi Azərbaycanda mövcud olan təhlükəsiz mühitdir. Azərbaycanda hər bir xarici investorun fəaliyyəti əlverişli zəmin var.

Son illər xüsusən də Avropa ölkələri ilə uğurlu əməkdaşlıq daha böyük perspektivlər vəd edir. Nəhəng layihələr icra olunur. Həqiqətən də Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Bu, ölkəmizin enerji siyasətinin fəlsəfəsidir.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı